Azərbaycanda alim ölüb. xeberde.az-ın məlumatına görə, dosent İbrahimxəlil İbrahimov 87 yaşında vəfat edib. Onun ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, dosent əvvəllər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət idarəetməsi və menecment kafedrasında çalışıb.
Hadisə
Çernobılda mavi rəngli itlər peyda olub – FOTO\VİDEO
Çernobıl atom elektrik stansiyası yaxınlığında bir neçə itin sarı-mavi rəngə çevrilməsi bölgədə çalışan heyvan baxıcılarını təəccübləndirib. xeberde.az “New York Post”a istinadla xəbər verir ki, bu barədə “Dogs of Chernobyl” adlı xeyriyyə təşkilatı məlumat verib. Bildirilir ki, bu itlər təxminən 40 il əvvəl baş vermiş nüvə faciəsindən sonra tərk edilmiş ev heyvanlarının nəsilləridir. Onlar bu ay Çernobılın qadağan olunmuş […]
“Milyonların şousu”nda 8 min qazanan saxlanıldı – Video
İnsanları xaricdə işə düzəltmək vədi ilə aldadan şəxslər saxlanılıblar. xeberde.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları insanları xaricdə işə düzəltmək adı altında dələduzluq edərək aldatmaqda şübhəli bilinən 26 yaşlı Yusif Abdullayev və 24 yaşlı Emil Malayevi saxlayıblar. Araşdırmalarla müəyyən edilib ki, […]
Bakıda saxlanılan ruslarla bağlı YENİ QƏRAR
Bakıda saxlanılan Rusiya vətəndaşlarının həbsi uzadılıb. Səbail Rayon Məhkəməsi onların barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha üç ay artırıb. xeberde.az xəbər verir ki, bu barədə saxlanılanlardan Dmitri Fyodorovun vəkili Elçin Sadıqov məlumat verib. Rusiya vətəndaşları Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat zamanı saxlanılıblar. Onların İran vasitəsilə ölkəyə gətirilən narkotik vasitələrin tranziti və dövriyyəsi, həmçinin kiberfırıldaqçılıq […]
Vəzifəli şəxs ürəktutmadan öldü
Ucarda icra nümayəndəsi vəfat edib. Ucar Rayon İcra Hakimiyyəti Başçısının Xələc kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Azad Abdullayev bu gün axşam saatlarında halı pisləşərək vəfat edib. Mərhumun ürəktutmadan həyatını itirdiyi deyilir. Qeyd edək ki, 57 yaşlı Azad Abdullayev uzun müddətdir ki, Xələc kəndində nümayəndə kimi çalışıb.
General Mirzəyev Rusiyada HƏBS OLUNDU – Rüşvət QALMAQALI
Rostov Qarnizon Hərbi Məhkəməsi Rusiya Milli Qvardiyasının Lojistik Təminat rəisinin müavini, general-mayor Mirzə Mirzəyevi xüsusilə külli miqdarda rüşvət almaqda günahlandıraraq, 9 il müddətinə azadlıqdan məhrum edib. O, cəzasını sərt rejimli koloniyada çəkəcək. xeberde.az xəbər verir ki, məhkəmə qərarına görə, Mirzəyev həmçinin hədə-qorxu ilə tələb etməkdə və rüşvət almaqda təqsirli bilinib. İstintaqın məlumatına görə, o, 480 milyonluq müqaviləni […]
Bakı həbsxanasında İNSİDENT: məhkum özünü deşdi, biz qarnında qaldı
Bakıda həbsxanada insident yaşanıb. Hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. 32 yaşlı məhkum Ömər Səfərov (ad və soyad şərtidir) kəsici alətlə (biz) qarnına xəsarət yetirib. Nəticədə biz onun qarnında qalıb və Xidmətin Müalicə Müəssisəsində cərrahi müdaxilə ilə çıxarılıb. Bu əməlinə görə Ömər Səfərov barəsində Cinayət Məcəlləsinin 317-2.1-ci (həbsxanada və ya istintaq təcridxanasında məhkumu […]
Dərmandan zəhərlənən qadın öldü
Tovuz rayonunda dərmandan zəhərlənən qadın ölüb. xeberde.az xəbər verir ki, oktyabrın 23-də dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilmiş Sevda Məmmədova 3 gün sonra vəfat edib. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Azərbaycanda 1 yaşlı uşaq faciəvi şəkildə öldü
Cəlilabadda 1 yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb. xeberde.az xəbər verir ki, oktyabrın 26-da saat 10 radələrində 2024-cü il təvəllüdlü Miran Ramid oğlu Rəhimli Xəlilabad kəndindəki evdə elektrik cərəyanının təsirinə məruz qalaraq həyatını itirib. Faktla bağlı araşdırmalar davam edir.
41 yaşlı müəllimə dərs vaxtı vəfat etdi
Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin müəllimi vəfat edib. 1984-cü il təvəllüdlü musiqi müəllimi Günel Hüseynova iş başında olarkən qəfil halı pisləşib. O, dərhal xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır./APA










