Fövqəladə hallar nazirinin müavinləri Orucəli Hacıyev və Etibar Mirzəyev vəzifələrindən azad olunublar. xeberde.a-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Xatırladaq ki, sözügedən generalların yerinə təyinat olunsa da, nazirliyin rəsmi internet səhifəsinin rəhbərlik bölməsində dəyişiklik edilməmişdi. Cəbrayıl Eldar oğlu Xanlarov Orucəli Hacıyevi əvəz edib. O bu təyinatadək Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi idi. Bundan […]
Gündəm
Deputat tərəfindən döydürüldüyü deyilən Pərviz Mirizadə işindən ayrılıb
Ana Vətən Partiyasının (AVP) sədri, deputat Günay Ağamalının köməkçisi Pərviz Mirizadə işindən ayrılıb. Xeberde.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, ötən həftə sözügedən vəzifəni tərk edib. Xatırladaq ki, bir neçə gün əvvəl deputat Günay Ağamalının atası Fəzail Ağamalının yas mərasimində köməkçisi Pərviz Mirizadəni mühafizəçilərinə döydürməsi ilə bağlı iddialar yayılmışdı. Lakin hər iki […]
Milli Məclisin iclası başladı – Gündəlikdə 10 məsələ var
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir. xeberde.az xəbər verir ki, yaz sessiyasının plenar iclasının gündəliyinə 10 məsələ daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi. 2. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan […]
Azərbaycanda yeni cərimələr: 550 manatdan 2500 manatadək
Azərbaycanda emal edilməmiş almazların idxal və ixracı ilə bağlı yeni cərimə tətbiq ediləcək.xeberde.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihədə qeyd edilir ki, emal edilməmiş almazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın 5 (qurumun) rəyi olmadan idxalı və […]
Bu ölkə ukraynalılara yardımı dayandırdı
Polşa Prezidenti Karol Navrotski Ukrayna qaçqınları üçün xüsusi status və güzəştləri ləğv edən qanun imzalayıb. “xeberde.az” xəbər verir ki, bu barədə K.Navrotskinin mətbuat katibi Rafal Leskieviç X-də yazıb. “19 fevral 2026-cı ildə Polşa Prezidenti Karol Navrotski silahlı münaqişə ilə əlaqədar ölkə ərazisində məskunlaşan Ukrayna vətəndaşlarına yardım haqqında müddəaların ləğvi ilə bağlı qanunu imzalayıb”, – deyə […]
Sabiq deputat bacısı oğlunun HƏBSİNİ istəyir
70 saylı Masallı şəhər dairəsinin keçmiş deputatı, “Ştutqart” mağazalar şəbəkəsinin sahibi Nəriman Əliyev bacısı oğlu Pərviz Abdullayev barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət verib. xeberde.az xəbər verir ki, sabiq deputat bacısı oğlunun Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri üzrə təqsirli bilinməsini, onun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib. Nəriman Əliyevin […]
Müəllim və şagirdlər “İdrak”ı TƏRK edir?
Bakıda fəaliyyət göstərən “İdrak” Liseyində bir müddət əvvəl baş vermiş silahlı insidentlə bağlı müxtəlif iddialar yayılıb. Hadisədən sonra bəzi valideynlərin övladlarını liseydən çıxardığı barədə məlumatlar dolaşmaqdadır. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, liseydə iki müəllim də işdən çıxıb. xeberde.az xəbər verir ki, Modern.az yayılan xəbərlərə aydınlıq gətirmək üçün liseyin təsisçisi Mönsüm Alışovla əlaqə saxlamağa çalışıb. Bir […]
“Memar Əcəmi” metro stansiyasının 4-cü çıxışı açılıb
“Bakı Metropliteni” QSC Yaşıl xəttinin “Memar Əcəmi” stansiyasının ikinci vestibülünün keçidində aparılan təmir işlərini başa çatdırıb. Bu barədə xeberde.az-a səhmdar cəmiyyətindən bildirilib. Məlumata əsasən, müvəqqəti olaraq bağlanan 4-cü çıxış təkrar sərnişinlərin istifadəsinə verilib. Görülən işlər çərçivəsində keçid hissəsi yenilənib, infrastruktur daha təhlükəsiz və funksional hala gətirilib, sərnişin axınının rahat tənzimlənməsi üçün şərait yaxşılaşdırılıb. Təmir işlərinə bu […]
İcra Hakimiyyətinin 14 əməkdaşı vəzifəsindən azad edildi – SİYAHI
Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı vəzifəsindən azad edilib. xeberde.az xəbər verir ki, icra hakimiyyətində aparılan struktur dəyişikliyi ilə əlaqədar həmin şəxslərin dövlət qulluğuna xitam verilib. Bu barədə icra başçısı Rövşən Bağırov əmr imzalayıb. Əmrə əsasən, icra hakimiyyətinin aşağıda adları çəkilən əməkdaşları vəzifələrini itiriblər: 1. İntiqam Əhmadov – Ağsu RİH başçısının Ərəbuşağı kənd inzibati ərazi dairəsi […]
Vüqar Qurbanovun hansı nöqsanları olub?
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru vəzifəsini icra edən Vüqar Qurbanov bir neçə gün öncə tutduğu vəzifədən azad edilib. Keçmiş sədrin bu postdan kənarlaşdırılması səhiyyə sistemində gedən prosesləri yenidən gündəmə gətirib. Rəsmi açıqlamalarda geniş detallara yer verilməsə də, ictimaiyyət arasında səhiyyə sahəsində müəyyən ciddi boşluqların, habelə idarəetmə problemlərinin mövcudluğu ilə bağlı müzakirələr də […]










