Dünya

Simonyanın Moskva səfərinin tarixi bilindi

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə telefon danışığı aparıb. xeberde.az xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb. Bildirilib ki, təşəbbüskar Rusiya tərəfi olub. Alen Simonyanın 5-6 fevral tarixlərində Rusiya Federasiyasına rəsmi səfərinin təfərrüatları müzakirə olunub. Digər ikitərəfli məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Araşdırma Dünya

Bu ölkədə XVII əsrdən bəri ən az uşaq doğulub

2025-ci ildə Ukraynada doğum sayı xvıı-ci əsrin sonlarından (1690-cı illər) bəri ən aşağı səviyyəyə çatıb. xeberde.az xəbər verir ki, ölkədə ötən il 168 778 uşaq doğlub, 485 296 nəfər isə ölüb. Ölkə 1 il ərzində 316 518 nəfər azalıb.  Müharibə şəraitində Ukraynanın xroniki demoqrafik böhranı daha da pisləşməkdə davam edir.

Dünya

Tramp Makronu ələ saldı

ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronu ələ salıb.  xeberde.az xəbər verir ki, Davosda çıxış edən Tramp gözləri qızardığı üçün mavi gün eynəyindən istifadə edən Makronla bağlı bunları deyib: “Emmanuel Makron — dünən onu o dəbdəbəli günəş eynəyində izlədim. Nə baş verdi axı? Onun sərt olmağa çalışdığını izlədim. Əslində, mən onu sevirəm. İnanmaq çətindir, elə […]

Dünya Kriminal manset

Keçmiş baş nazirə 23 il həbs cəzası verilib

Məhkəmə Cənubi Koreyanın keçmiş baş nazirini çevrilişə kömək göstərmək və təhrik etmək, eləcə də yalan ifadə verməkdə təqsirli bilərək 23 il həbs cəzasına məhkum edib. xeberde.az cəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, Seul mərkəzi rayon məhkəməsi keçmiş prezident Yun Sok-yolun 3 dekabr 2024-cü ildə hərbi vəziyyət elan etmək üçün […]

Dünya Təhsil

Müəllim də, şagird də telefonsuz: məktəblərdə sərt qərar

Gürcüstanda 2026–2027-ci tədris ilindən etibarən dövlət məktəblərində dərs zamanı mobil telefonlardan istifadə həm şagirdlər, həm də müəllimlər üçün qadağan ediləcək. xeberde.az xəbər verir ki, rəsmi açıqlamaya görə, müəllimlər şagirdlərə şəxsi nümunə göstərməli, dərs vaxtı telefonlarını onlarla birlikdə xüsusi saxlama qutularında qoymalıdırlar. Bu yanaşma ilə məktəblərdə diqqətin yayındırılmasının qarşısının alınması və dərs prosesinin effektivliyinin artırılması hədəflənir. […]

Dünya

Danimarka ABŞ ilə müharibəyə hazırlaşır

Danimarka Qrenlandiya adasını ABŞ-dən müdafiə etmək üçün hərbi qüvvələrini artırır. xeberde.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident Donald Trampın təhdidləri fonunda Danimarka adada yerləşən Nuuk və Kangerlussuaq hərbi bazalarına 118 əlavə hərbçi yerləşdirib. Bundan başqa, ordunun Baş Qərargah rəisi də Qrenlandiyaya gəlib. Qarşıdakı günlərdə də adaya əlavə Danimarka hərbçilərinin gönədriləcəyi anons edilib.  Xatırladaq ki, Tramp […]

Dünya

Tramp Paşinyanı da “Sülh Şurası”na dəvət etdi

ABŞ Prezidenti Donald Tramp Ermənistan Baş naziri Nikol Paşinyanı da Qəzzada yaradılacaq “Sülh Şurası”na dəvət edib. xeberde.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib. Onun sözlərinə görə, Paşinyan rəsmi şəkildə Qəzza “Sülh Şurası”nda təsisçi üzv kimi iştirak etməyə dəvət olunub. Baqdasaryan qeyd edib ki, Baş nazir Paşinyan bu təklifi hazırlıqla […]

Dünya Hadisə

Türkiyədə qar uçqunu – Ölən var

Türkiyənin Giresun vilayətində qar uçqunu baş verib. xeberde.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə Güce rayonunda qeydə alınıb. Məlumata görə, Mustafa Yiğit adlı çoban qar uçqununun altında qalıb. Hadisə yerinə axtarış-xilasetmə qrupları cəlb olunub. M. Yiğitin cansız bədəni qar yığınının altından çıxarılaraq aidiyyəti qurumlara təhvil verilib.

Dünya Gündəm

ABŞ Azərbaycana başsağlığı verdi

ABŞ səfirliyi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı başsağlığı verib. xeberde.az xəbər verir ki, səfirliyin “X” hesabındakı paylaşımda deyilir: “Bu gün biz Azərbaycan xalqı ilə birlikdə 1990-cı il yanvarın 20-də Sovet repressiyası zamanı həyatını itirmiş qəhrəman azərbaycanlıların xatirəsini ehtiramla yad edir, bu hüznlü gündə doğmalarını anan ailələrə dərin hüznlə başsağlığı veririk”.

Dünya

İranda ŞOK: Etirazçı qadınların cəsədləri təhvil verilmir

Son günlər sosial mediada yayılan və Tehranın Kəhrizək məhkəmə-tibbi ekspertiza ərazisində çəkilən videolar İranda etirazçıların öldürülməsi ilə bağlı yeni və ciddi sualları gündəmə gətirib. xeberde.az xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb. Görüntülərdə konteynerlərdə yığılmış yüzlərlə cəsədin olduğu açıqlanıb. Ancaq bu görüntülərdə diqqət çəkən əsas məqam qadın cəsədlərinin demək olar ki, görünməməsidir. […]