Fransanın Luvr muzeyi işçilərinin tətili səbəbindən qeyri-müəyyən müddətə bağlanıb. “xeberde.az” xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb. Mənbənin sözlərinə görə, yığıncaqda iştirak edən yüzlərlə işçi iş şəraitinin pisləşməsi ilə əlaqədar bir günlük tətili yekdilliklə dəstəkləyib. Muzeyin mətbuat xidməti də rəsmi məlumat yayıb və yaranmış narahatlığa görə üzr istəyib. “İşçilərin tətili səbəbindən muzeyin sərgisi […]
Dünya
“Yaşayan Nostradamus”dan 2026-cı ildə Donald Tramp üçün dəhşətli PROQNOZ
Heç olmasa, bir il məktəbəqədər hazırlığa getmək olduqca vacibdir. xeberde.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib. O bildirib ki, bu problemin 85 faizindən çoxu həll olunub. Lakin bunun maliyyə və keyfiyyət tərəflərinə baxmaq lazımdır: “Dövlət bu sahədə böyük paya sahibdir. 100 mindən artıq uşaq dövlət sektorunda məktəbəqədər […]
İnsanlar və ya təbiət tərəfindən yaradılmayan nəhəng tunellər tapıldı: Onlar necə yaranıb?
Cənubi Braziliyanın təpələrinin və Argentinanın şimal bölgələrinin altında alimlər möhkəm qaya laylarında oyulmuş nəhəng tunellər aşkar ediblər. Tədqiqatçıların sözlərinə görə, bu tunellər nə insanlar, nə də geoloji proseslər tərəfindən yaradılıb. xeberde.az “Science Advances” jurnalında dərc olunan araşdırmaya istinadla xəbər verir ki, onların mənşəyi tamamilə fərqlidir. Tunellər çay məcraları boyunca uzanmır, faydalı qazıntı hasilatına dair izlər daşımır […]
Ərdoğanın oğlundan atasına dəstək çağırışı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan İstanbulda Ərzincanlı iş adamları ilə keçirilən görüşdə çıxış edib və iştirakçıları prezidentin ətrafında birləşməyə çağırıb. xeberde.az-ın məlumatına görə, o bildirib ki, Türkiyənin dünyanın ən böyük beş iqtisadiyyatından birinə çevrilmək potensialı var və bunun üçün əsas şərt birlik və həmrəylikdir. Bilal Ərdoğanın sözlərinə görə, Türkiyə böyük enerji və imkanlara […]
Bəşər Əsəd və ailəsi Moskvada nə iş görürlər?
Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvaya köçdükdən sonra yenidən tibbi təhsil almağa başlayıb. xeberde.az xəbər verir ki, “The Guardian” qəzetinin məlumatına görə, Əsəd hazırda oftalmologiya üzrə dərslərdə iştirak edir, eyni zamanda rus dilini öyrənir və biliklərini təkmilləşdirir. Nəşrə danışan Əsəd ailəsi ilə əlaqədə olan mənbənin sözlərinə görə, oftalmologiya onun şəxsi maraq dairəsidir və […]
Paşinyan “artsax”ın qapısına “sonuncu qıfılı” vurdu
Separatçıların yerləşdiyi binada axtarış aparılıb; hakimiyyət tör-töküntülərin əl-ayağını yığa biləcəkmi? Ermənistanın “Jogovurd” qəzeti yazıb ki, dekabrın 11-də “artsax nümayəndəliyi”nin binasında axtarış aparılıb. Qəzetin yazdığına görə, İrəvanda Qarabağ separatçılarının nümayəndəliyinin ilin sonuna qədər bağlanacağı və ya müsadirə ediləcəyi ehtimal olunur. Nəşrin məlumatına görə, separatçılar nümayəndəliyin bağlanması ehtimalını, eləcə də mümkün həbsləri istisna etmirlər. Onların sözlərinə görə, […]
Konqres üzünü Azərbaycana çevirir? – Mühüm gözlənti
ABŞ-Azərbaycan strateji tərəfdaşlığına əsas əngəl aradan qalxa bilər Xəbər verildiyi kimi, ABŞ Konqresində Azərbaycana yardım məhdudiyyətlərini ləğv etməklə bağlı qanun layihəsi təqdim edilib. Bu barədə Konqresin saytındakı məlumatda deyilir. Layihə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində irəli sürülüb. Onun müəllifi Nümayəndələr Palatasının üzvü Luna Anna Paulinadır. Söhbət, təbii ki, Azadlığı Müdafiə Aktına bədnam “907-ci düzəliş”dən gedir. […]
Gəlin toydan 6 gün sonra qızılları da götürüb qaçdı – FOTO
“Hamiləyəm” deyib evləndiyi şəxsi aldadan qadın 6 gün sonra qızıllarla yoxa çıxıb. xeberde.az xəbər verir ki, Adana sakini Muhittin Çiçəklibağ dini nikahla evləndiyi S.B.-nin hamilə olmadığını və 10 yaşında uşağının olduğunu toydan sonra bilib. Qadın toydan 6 gün sonra qızılların bir hissəsini götürərək evdən qaçıb. 27 yaşlı Muhittin Çiçəklibağ yay aylarında işləmək üçün Bodruma getmişdi. […]
Gəmiyə basqın – hərbi yük ələ keçirildi
ABŞ hərbçiləri noyabr ayında Çin istiqamətindən İrana göndərilən şübhəli yükü daşıyan gəmiyə reyd keçirərək onu ələ keçiriblər. xeberde.az xəbər verir ki, amerikalı rəsmilərin sözlərinə görə, bu əməliyyat dəniz qaçaqmalçılığına qarşı nadir və məqsədli addım olub və əsas hədəf Tehranın hərbi arsenalını gücləndirməsinin qarşısını almaq idi. Məlumata əsasən, gəmi Şri-Lanka sahillərindən bir neçə yüz mil aralıda saxlanılıb. […]
Rusiya ordusunda döyüşən azərbaycanlı kapitan ölüb
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub. xeberde.az xəbər verir ki, bu barədə sosial şəbəkədə hərbi bloger Tofiq Şahmuradov məlumat yayıb. “44 günlük Vətən müharibəsində Goranboy briqadasının tibb xidmət rəisi, müharibədə göstərdiyi qəhrəmanlıqlara görə “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” medalı ilə təltif edilmiş tibb xidməti kapitanı Həsənov Qafur Cəmaləddin oğlu Ukraynada gedən müharibədə həlak olub.Azərbaycan Ordusundan ehtiyata buraxılandan sonra Rusiyaya […]










