Araşdırma Cəmiyyət

Marketlərdəki dondurmalar keyfiyyətlidir? – AQTA-dan CAVAB

Yay mövsümündə sərinlədici təsirə malik olan və xüsusilə uşaqların, eləcə də böyüklərin sevimli qidasına çevrilən dondurma məhsulları əhali arasında geniş istehlak olunur. Temperaturun yüksəldiyi aylarda bu cür məhsullara olan tələbatın artması ilə paralel olaraq onların keyfiyyəti və təhlükəsizliyi də xüsusi önəm kəsb edir. Çünki düzgün istehsal olunmayan və sanitar-gigiyenik normalara cavab verməyən dondurmalar zəhərlənmə və […]

Cəmiyyət

Xırdalanda parkda ağaclar bu səbəbdən kəsilibmiş – Açıqlama

Xırdalan şəhərindəki park və xiybanlar daxil olmaqla, Xırdalan şəhəri ərazisində mövcud olan şam ağaclarının, o cümlədən digər həmişəyaşıl ağac və kol bitkilərinin bütün aqrotexniki qulluq olunmasına baxmayaraq bir neçə ünvanda kütləvi şəkildə quruması müşahidə olunub. xeberde.az xəbər verir ki, məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən 10 may 2025-ci il tarixində Ekologiya və Təbii […]

AKTUAL Araşdırma Cəmiyyət

Həkim böyük qarının gizli təhlükələri barədə xəbərdarlıq edir

Çoxlu visseral yağın olması idrak funksiyalarını pisləşdirə bilər. xeberde.az xəbər verir ki, Ulster Universitetinin (Şimali İrlandiya) endokrinologiya professoru Aleks Miras böyük qarının bu açıq-aşkar təhlükəsi barədə xəbərdarlıq edib. Endokrinoloqun fikrincə, kök insanların beyin həcmi çox vaxt normal çəkisi olan insanlardan daha kiçik olur. O, bunun dəqiq izahatının olmadığını, ancaq arıqladıqda əqli qabiliyyətlərin yaxşılaşdığı məlumdur. “Visseral […]

AKTUAL Cəmiyyət

Dilqəm Məhərrəmov lisenziyası olmadığı halda Aysunu necə əməliyyat edib?

Müğənni Aysun İsmayılova bir müddət əvvəl plastik əməliyyat etdirdiyini açıqlayıb.  xeberde.az  xəbər verir ki, maraqlı məqam onun əməliyyat üçün plastik-cərrah Dilqəm Məhərrəmova müraciət etməsi olub. Belə ki, D.Məhərrəmovun adı bir müddət əvvəl Səhiyyə Nazirliyinin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti göstərməyə icazəsi olan həkimlərin siyahısında yox idi. Yəni, onun həkim kimi fəaliyyət göstərməsinə icazə verilməyib. Aysun […]

Cəmiyyət

Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı sonlandı

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin qudalığı başa çatıb. xeberde.az xəbər verir ki, deputatın oğlu İsfəndiyar Möhbalıyevlə Əli Həsənovun qızı Səfiyə Möhbalıyeva boşanıb. Onlar 2008-ci ildə ailə qurub, birgə nikahdan 11 və 16 yaşlı iki övladları var. Məlumata görə, İsfəndiyar Möhbalıyev boşanmaq üçün Nəsimi Rayon […]

Cəmiyyət

“E-Şikayət”ə birinci yarımildə 3 minə yaxın müraciət daxil olub

Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən 2023-cü ilin noyabr ayında yaradılan “E-Şikayət” sistemi üzərindən edilən vətəndaş müraciətlərinin sayı və dinamikası artmaqdadır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən xeberde.az-a verilən məlumata görə, 2025-ci ilin yanvar ayından iyul ayının 1-nə qədər olan məlumata görə, “E-Şikayət” platformasına 2 883 müraciət daxil olub. […]

Cəmiyyət

Jurnalistlər arasında minifutbol turniri keçiriləcək – Püşk atıldı

Azərbaycan Mətbuat Şurasında Milli Mətbuatın 150 illik yubileyi ilə bağlı 19-20 iyulda Şamaxıda təşkil olunacaq minifutbol turnirinin təqdimatı və püşkatma mərasimi keçirilib. xeberde.az xəbər verir ki, tədbirdə təşkilatçılarla yanaşı, yarışda mübarizə aparacaq komandaların nümayəndələri də iştirak ediblər. Mətbuat Şurasının İdarə Heyətinin üzvü Umud Rəhimoğlu Milli Mətbuatın 150 illiyinin ölkə ərazisində geniş şəkildə qeyd olunduğunu diqqətə çatdıraraq […]

Cəmiyyət Hüquq

14 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirilib

Konstitusiya” Araşdırmalar Fondu 14 saylı cəzaçəkmə müəssisəsində hüquqi maarifləndirmə tədbiri və monitorinq keçirib. xeberde.az xəbər verir ki, məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının qorunması, cəza icra sahəsində şəffaflığın artırılması istiqamətində ictimaiyyətin iştirakının təmin olunması prioritet məsələlərdən biridir. Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Cəzaçəkmə müəssisələrinin monitorinqi” layihəsi çərçivəsində “Konstitusiya” Araşdırmalar […]

Cəmiyyət

Azərbaycanda xərçəng əleyhinə peyvənd tətbiq olunacaq?

“Dünyada insanları xərçəngdən qoruyan mühüm peyvəndlərdən birinin Azərbaycanda da tətbiqi ilə bağlı danışıqlar aparılır”. xeberde.az bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı media nümayəndələri ilə görüşdə bildirib. Söhbət HPV peyvəndindən gedir. HPV peyvəndi dünyada uşaqlıq boynu xərçənginə səbəb olan papiloma virusuna qarşı 2006-cı ildən bəri tətbiq olunur. Hande Harmancı deyib ki, […]