Cəmiyyət

Dövlət başçısı: Son 20 ildə Bakıda 100-dən çox park və bağ salınıb

Son 20 ildə Bakıda 100-dən çox park və bağ salınıb. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi açılış mərasimində bildirib. “Son 20 il ərzində biz Bakıda 100 park və bağ salmışıq, onların 19-u isə tamamilə yenidən qurulub. İctimai nəqliyyata, mikromobilliyə, metroya, elektrik enerjisi ilə […]

Cəmiyyət Gündəm

AZAL Bakı-Dubay reyslərini bərpa edib

Azərbaycan Hava Yolları (AZAL) Dubay istiqamətində uçuşların həyata keçirilməsini bu gündən etibarən bərpa edib. xeberde.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Məlumata görə, Bakı-Dubay-Bakı marşrutu üzrə reyslər həftənin bütün günləri icra olunacaq. Xatırladaq ki, fevralın 28-də Yaxın Şərqdə yaranmış gərgin vəziyyət və hava məkanında tətbiq edilən məhdudiyyətlərlə əlaqədar sözügedən istiqamət üzrə uçuşlar müvəqqəti dayandırılmışdı.

Cəmiyyət

Bakıda pulsuz ictimai çimərliklər yay mövsümünə hazırdır – FOTO

Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən başlayan mövsümə tam hazırdır. xeberde.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Goradil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilərdə yaradılan pulsuz ictimai çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri başa çatdırılıb və bu məkanlar 15 may […]

Cəmiyyət

“Mən əsasən Bakı metrosundan istifadə edirəm” – AYNA sədri

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev ictimai nəqliyyatda əsasən Bakı metrosundan istifadə edir. xeberde.az  xəbər verir ki, bunu “Report”a müsahibəsində AYNA-nın sədri bildirib. “Mən əsasən Bakı metrosundan istifadə edirəm. AYNA-nın inzibati binası Nərimanov ərazisində yerləşir, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə isə tez-tez getmək lazım olur. […]

Cəmiyyət

Qızmar istilər başlayır: Bu gün temperatur 30 dərəcə olacaq

Mayın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xeberde.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumat yayıb. Bildirilib ki, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi […]

Cəmiyyət

​Bu balıqları əsla yeməyin

Dəniz məhsulları sağlam qidalanmanın vacib hissəsi hesab olunsa da, bəzi balıq növləri insan sağlamlığı üçün risk yaradır. Mütəxəssislər xüsusilə tərkibində yüksək miqdarda civə, ağır metallar və digər zərərli maddələr toplaya bilən balıqların tez-tez istehlakından çəkinməyi tövsiyə edirlər. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, bəzi iri yırtıcı balıqlar qida zəncirində yuxarıda yerləşdikləri üçün daha çox toksik […]

AKTUAL Araşdırma Cəmiyyət

Ağciyər Xəstəlikləri İnstitutu vərəm xəstələrini evə buraxır? – İDDİA

Bakıda fəaliyyət göstərən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alan vərəm xəstəsi evə yazılıb. Bunu xeberde.az-a tibb müəssisəsində müalicə alan xəstə Anatoli Lopatinin ailə üzvləri bildiriblər. Məlumatda qeyd edilib ki, A.Lopatinin səhhəti qəfil pisləşib və o, ağır vəziyyətdə (kaxeksiya) Nərimanov Tibb Mərkəzinə yerləşdirilib. Xəstə müayinə olunandan sonra təcili göndərişlə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun reanimasiya şöbəsinə hospitalizasiya olunub. […]

Cəmiyyət Gündəm Hadisə

Altı mindən çox bioloji aktiv qida məhsulu yandırıldı – FOTO

Fiziki şəxs Adəm İsgəndərov tərəfindən Türkiyədən idxal olunan (11.11.2025-11.01.2028-ci il istehsal və son istifadə tarixli), “Tocura İlaç Sanayi Ve Ticaret A.Ş” müəssisəsinin istehsalı olan 3025 ədəd “Exnabet” əmtəə nişanlı, eləcə də “Ren Farm” MMC-nin İtaliyadan idxal etdiyi (01.11.2025-01.11.2027-ci il istehsal və son istifadə tarixli) “Alsa Lab SRL” müəssisəsinin istehsalı olan 3047 ədəd “Deluar Drops” bioloji […]

Cəmiyyət Gündəm Hadisə

Elnarə Rzayevaya şamil edilən amnistiya aktı ləğv edildi

Bakıda fəaliyyət göstərən “Dr.Elnara” MMC-nin rəhbəri, tanınmış kosmetoloq Elnarə Ramiz qızı Rzayeva barəsində amnistiya aktının tətbiqi ləğv edilib. xeberde.az xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsinin qərarında qeyd olunub. Rzayevanın barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiq edilməsi və onun cəzadan azad […]

Cəmiyyət

İctimai nəqliyyatda bunu edənləri 1000 manat CƏRİMƏLƏYƏCƏKLƏR

İctimai nəqliyyatda heyvanların daşınması məsələsi sərnişinlərin rahatlığı və narazılığı baxımından həmişə müzakirə mövzusu olub. Bir tərəfdən dördayaqlı dostlarımıza olan mərhəmət hissi, digər tərəfdən isə gigiyenik problemlər, bəzən fobiyalar sərnişinləri daim üz-üzə qoyur. Xüsusilə qucaqda, daşıma çantası olmadan heyvan aparılması digər sərnişinlərin narazılığına səbəb olur. Belə hallarda qanunvericilik nə deyir? xeberde.az  xəbər verir ki, hüquqşünas Leyla […]