Fövqəladə Hallar Nazirliyi hazırda müşahidə olunan güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib. FHN-dən xeberde.az-a verilən məlumata görə, müraciətdə deyklir: “Hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında güclü külək müşahidə olunur. Belə hava şəraitində müvafiq təhlükəsizlik qaydalarına riayət edilməməsi isə insan həyatı və sağlamlığı üçün təhlükə yaradır. Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar […]
Cəmiyyət
Məscidə dua etməyə getmişdi, cərimələndi
Aktyor, televiziya aparıcısı, Əməkdar artist Əkbər Əlizadə ibadət üçün məscidə gedən zaman cərimələnib. xeberde.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb. “Bibiheybət məscidinə gəlib, dua etməklə cərimə olundum. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) maşınlarını çəpəki (diaqonal) saxlayanlara cərimə yazır. Diqqətli olun. AYNA, Camaatın narazılıqlarını nəzərə alın”, – aktyor bildirib. Məsələ ilə bağlı […]
İlham Mirzəyev son durumu açıqlandı – Vəziyyəti ağırdır
Ötən gün tanınmış aparıcı İlham Mirzəyev səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib. O, vəziyyətinin yaxşı olmadığını bildirərək izləyicilərindən onun üçün dua etmələrini istəyib. xeberde.az xəbər verir ki, Mərkəzi Klinikadan bildirilib ki, İlham Mirzəyev sol mədəciyin ön divarının miokard infarktı və kardiogen şok vəziyyətində xəstəxanaya qəbul olunub. “Angioplastika icra olunub və stent implantasiya edilib. Hazırda xəstənin […]
Bir imza ilə hər şeyinizi itirə bilərsiniz – XƏBƏRDARLIQ
“Saxta imza məsələsi ilə bağlı hadisələr tez-tez baş verməsə də, baş verəndə fəsadları olduqca ağır olur. Saxtakarlıq edən aydındır ki, imzanı oxşadır. Üstəlik bunu peşəkarlar edir”. Bu sözləri açıqlamasında vəkil Əkrəm Həsənov deyib. O hazırda özünün apardığı məhkəmə işini nümunə çəkib: “Məsələn, mənim indi apardığım məhkəmə işini götürək. Şəxsin başqa bir şəxsə borcu var. Həmin borc […]
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? – ŞOK CƏRİMƏLƏR
Azərbaycanda yabanı meyvə və giləmeyvələrin (moruq, cır çiyələk, zoğal, fındıq, qoz, itburnu və s.) yığılması qanunvericiliklə tənzimlənir. xeberde.az xəbər verir ki, Meşə Məcəlləsi, “Ətraf mühitin mühafizəsi haqqında” Qanun və İnzibati Xətalar Məcəlləsi çərçivəsində müəyyən edilən tələblər həm şəxsi ehtiyaclar, həm də kommersiya məqsədli tədarük üçün aydın qaydalar ortaya qoyur. Şəxsi istifadə və ticarət məqsədli yığım […]
Bakıda sıxlığın qarşısını almaq üçün gözlənilməz DƏYİŞİKLİK
Binəqədi şossesinin Mehdiabad yolu və Nicat Mustafayev küçəsi ilə kəsişmələrində yol hərəkətinin təşkilində dəyişiklik ediləcək. xeberde.az xəbər verir ki, Binəqədi rayonu ərazisində nəqliyyatın daha rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə aparılan araşdırmalar zamanı qeyd olunan kəsişmələrdə, xüsusilə günün pik saatlarında nəqliyyat sıxlığının yarandığı müəyyən edilib. Sıxlığın azaldılması və nəqliyyat axınının daha səmərəli təşkili məqsədilə […]
105 nömrəli avtobusda “isti sınaq”: “Bəs bu camaat nə etsin?”
Səhər saatlarıdır. Balaxanıda dayanacaqda avtobus gözləyənlərin gözləri yolun o başındadır. Günəş hələ istisini tam göstərməyib, amma dayanacaqda gözləmək belə adamı yorur. Bir qədər sonra uzaqdan 105 nömrəli avtobus görünür. Dayanacaqda hərəkətlilik başlayır. Kimi qabağa keçir, kimi avtobusun qapısının açılacağı yeri hesablayır. Çünki burada avtobusun gəlməsi hələ mənzilə rahat çatmaq demək deyil – əsas məsələ avtobusa […]
Payız Azərbaycana bu tarixdə daxil olacaq
Payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 04:05:08-də daxil olacaq. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından xeberde.az-a verilən xəbərə görə, həmin an “payız bərabərliyi” adlanır. Bu zaman gecə ilə gündüz demək olar ki, bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Lakin atmosfer refraksiyası və Günəş diskinin bucaq ölçüsü səbəbindən gündüzün uzunluğu tam […]
“Uşağı 7 saat nəcis içində saxlayıblar” – Valideyn “Kayu” bağçasından şikayətçidir
“Ən dəhşətlisi evə gələndə üzə çıxdı, uşaq boynuna qədər nəcis içində idi. Səhər evdən çıxanda geyindirdiyimiz pampersi 7 saat ərzində bir dəfə də olsun dəyişməyiblər”. xeberde.az xəbər verir ki, bunu “Kayu” Tədris və İnkişaf Mərkəzindən şikayətçi olan azyaşlının atası, Atatürk Universitetinin meneceri Elnur Əliyev sosial şəbəkə hesabında yazıb. “2 yaş 2 aylıq oğlum “Kayu” uşaq […]
Mərdəkanda qaz olmayacaq
Sabah Bakının Xəzər rayonunun bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus qaz xəttinin birləşmə nöqtəsinin köçürülməsi ilə əlaqədar sentyabrın 2-də saat 09:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Mərdəkan qəsəbəsinin bir hissəsinin və Stansiya Qala yaşayış ərazisinin qaz təchizatında qısamüddətli […]










