Cəmiyyət

75 yaşlı Məzahir Pənahov vəzifəsindən gedir?

Mərkəzi Seçki Komissiyası (MSK) bu ay buraxılacaq.  xeberde.az-ın məlumatına görə, Azərbaycanda seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir.  Mərkəzi Seçki Komissiyasının sonuncu tərkibi 2021-ci ilin aprel ayının 27-də formalaşıb. Bundan əvvəlki parlament seçkiləri növbədənkənar keçirilsə də, MSK-nın yeni tərkibi əvvəlki üzvlərinin səlahiyyət müddətinin 5-ci ilinin tamam olmasından sonra formalaşıb.  Beləliklə, MSK-nın yeni tərkibinin 2026-cı ilin aprel […]

AKTUAL Cəmiyyət

Vətəndaşlara dəyən maddi zərəri kim qarşılamalıdır?

Son günlər yağan intensiv yağışlar bir çox ərazilərdə ciddi fəsadlara səbəb olub. Yağış suları bəzi evlərə dolaraq əşyaları yararsız hala salıb, eyni zamanda insanlar üçün həyati təhlükə yaradıb. Evlər və avtomobillərlə yanaşı, sahibkarlar və obyekt sahibləri də ciddi ziyanla üzləşiblər. Bəs belə hallarda vətəndaşlara dəyən maddi zərəri kim qarşılamalıdır? Hüquqşünas Ramil Süleymanov xeberde.az-a açıqlamasında bildirib ki, […]

Cəmiyyət

Küçələr nə zaman kanalizasiya sularından qurtulacaq? – RƏSMİ

Xəbər verdiyimiz kimi, ötən həftə yağan intensiv yağışlar Bakı və Abşeron yarmadasında, eləcə də repsublikanın digər ərazilərində bir sıra çətinliklər yaradıb. xeberde.az xəbər verir ki, normadan artıq yağışlar yağması subasmalara və kanalizasiya sistemlərinin işində ciddi problemlərə yol açıb. Artıq 3 gündür yağıntının dayanmasına baxmayaraq yağışın fəsadları hələ də tam şəkildə aradan qaldırılmayıb. Yaranmış vəziyyət həmçinin Bakıda […]

Cəmiyyət

Xarici saytlardan aldığınız vitaminlərin hamısı… – Valideynlərə XƏBƏRDARLIQ

“Vitamin mövzusu yenə də aktualdır. Yersiz yerə, sadəcə “mən də alım” deyə uşaqlara sintetik vitaminlər alıb verməyin!” xeberde.az xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə deyib. Onun sözlərinə görə, bu, sadəcə bazarın müştərisi olmaqdır: “Xarici səhifələrdən vitaminlər sifariş edirsiniz və uşağa yaxşı bir şey vermiş hesab edirsiniz. Ancaq o vitaminlər hamısı rəngləndirici və dadlandırıcı qatqı […]

Cəmiyyət

Azərbaycanda qəzet bağlandı

“Şirvan” qəzeti redaksiyası ləğv olunduğunu elan edib. xeberde.az xəbər verir ki, bu barədə redaksiya elan yayıb. Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini bildirə bilərlər. Qeyd edək ki, “Şirvan” qəzeti redaksiyası 1993-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Məmmədova Könül Tarix qızıdır.

Cəmiyyət Təhsil

DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək

Dövlət Sərhəd Xidməti (DSX) Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı aprelin 5-də keçiriləcək. Bu barədə xeberde.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Şagirdlər və ya onların valideynləri “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edə bilərlər.  Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub.Şagirdlər imtahana aşağıdakı sәnәdlәri gәtirmәlidirlər: – […]

Cəmiyyət

Azərbaycanda taksilərlə bağlı yeni DƏYİŞİKLİK

Azərbaycanda “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də dəyişiklik olacaq. Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə” 3 mart 2026-cı il tarixli qanunun tətbiq barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti qanunun 15.5-ci maddəsinə uyğun olaraq, qeyri-müntəzəm sərnişin daşımalarında […]

Cəmiyyət Dünya

70 yaşlı Araz Ağalarov özündən 43 yaş kiçik qadınla evlənib və hətta… FOTO

Xəbər verildiyi kimi, “Crocus Group” şirkətinin təsisçisi 70 yaşlı azərbaycanlı iş adamı Araz Ağalarov  40 illik evliliyindən sonra İrina  Ağalarovadan boşanıb və 27 yaşlı sevgilisi Alena İvanova ilə gizlicə evlənib. Hətta onların bir uşağı da var. İş adamının seçdiyi xanım haqqında az şey məlumdur: o, diqqətdən yayınmaq üçün gizli həyat tərzi sürür, Ağalarovun soyadını götürüb və […]

Bölgə Cəmiyyət

Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi – FOTO

Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq və kadr məsələləri sektorunun müdiri Gülnar İlyasova vəzifəsindən azad olunub. Bununla bağlı Siyəzənin icra başçısı Novruz Novruzov müvafiq əmr imzalayıb. Amma Gülnar İlyasova işsiz qalmayıb. Məlumata görə, o, Nizami Rayon İcra Hakimiyyətində (RİH) işə başlayıb. Gülnar İlyasova Nizaminin icra başçısı Coşqun Cəbrayılovun imzaladığı əmrlə Hüquq və kadr məsələləri sektorunun […]