Cəmiyyət Gündəm manset

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatı

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olmuşdur.  xeberde.az bildirir ki, iyulun 4-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) məzunların buraxılışı ilə əlaqədar təntənəli mərasim keçirilmişdir. Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti, məzunlar və onların valideynləri iştirak etmişlər. Əvvəlcə Akademiyanın Heydər Əliyev Muzeyinin qarşısında ucaldılmış […]

Cəmiyyət Sosial

Saray körpüsünə gələn yolların genişləndirilməsinə başlanılır – RƏSMİ

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüyə gələn yolların genişləndirilməsi nəzərdə tutulur.  xeberde.az xəbər verir ki, bunu  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib. O bildirib ki, hazırda hazırlıq görülür və yaxın günlərdə işlərə başlanılacaq.

Cəmiyyət Sosial

“Melissa Park”ın rəhbəri istənilən məbləğlə razılaşıb azadlığa çıxdı – Qalmaqallı ev söküldü

“Melissa Park” şirkəti və vətəndaş arasında yaranmış böyük qalmaqal razılıqla bitib. Şirkət rəhbərinin həbsinə qədər böyüyən qanunsuz söküntü işində razılığa gəlinib. Şirkət rəhbəri həbsdən xilas olmaq üçün lazım olan kompensasiyanı ödəyib. xeberde.az xəbər verir ki, Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan “Melissa Park” şirkətinin vətəndaş Elnarə Hacıyevaya məxsus evi qanunsuz olaraq sökmək istəməsi böyük […]

Cəmiyyət Hadisə

Güclü külək Bakıda iki ağacı aşırıb

Ötən gündən Bakıda başlayan güclü külək səbəbindən ağacların aşması ilə bağlı 7 müraciət daxil olub. xeberde.az xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. Bildirilib ki, daxil olan müraciətlərdən ikisi ağac aşma, beşi isə budaq qırılması hadisəsi ilə bağlı olub. Birliyin əməkdaşları aşmış ağacları və qırılmış budaqları hadisə yerindən götürərək ərazini təmizləyiblər.

Cəmiyyət

Bakıda yenə yol çökdü – Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər – VİDEO

Ziya Bünyadov prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yolun bir hissəsində çökmə baş verib. xeberde.az xəbər verir ki, bu barədə “İctimai TV” sözügedən ərazidən süjet hazırlayıb. Bildirilib ki, prospektin bir hissəsində diametri təxminən 1 metrə qədər yolda çökmə baş verib. Həmçinin qeyd olunub ki, iyunun 26-da Cümşüd Cümşüdlünün ölümünə səbəb olan çökmə ilə bu yolun […]

Cəmiyyət

Külək nə vaxt dayanacaq?

İyulun 3-ü saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir. Bu barədə xeberde.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Daşkəsən, Gədəbəy, Qusarda arabir yağış yağır. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Culfada 22, Neftçalada 21, Bakıda və Abşeron yarımadasında 20, Naftalanda 18 m/s-yə çatır. Ölkə […]

Cəmiyyət Gündəm Sosial

9 uşaq bağçası açılacaq

2024-cü ildə 14 məktəbəqədər təhsil müəssisəsi tikilərək istifadəyə verilib. xeberde.az xəbər verir ki, bu barədə məlumat Elm və Təhsil Nazirliyinin 2024-2025-ci tədris ilinə dair hesabatında yer alıb. Məlumatda qeyd olunub ki, cari ildə 5 məktəbəqədər təhsil müəssisəsi isə əsaslı təmir olunub. 2025-ci ilin yanvar ayından etibarən 11 bağçanın fəaliyyətə başlaması nəzərdə tutulub. Onlardan 2-si açılıb, ümumi […]

Cəmiyyət

Özbəkistan idman sahəsində yeni uğurlar əldə edir.

Özbəkistan idman tarixində mühüm bir nailiyyətə imza atıb. Futbol üzrə Özbəkistan milli komandasının dünya çempionatının final mərhələsinə vəsiqə qazanması ölkənin idman sahəsində qazandığı uğurların məntiqi davamıdır. Bu nəticə yalnız bir oyun qələbəsi deyil, uzunmüddətli inkişaf siyasətinin və ardıcıl idman strategiyasının parlaq göstəricisidir.Mütəxəssislərin fikrincə, bu nailiyyət Özbəkistanda idmanın müxtəlif sahələrinə, xüsusən də gənclərin fiziki tərbiyəsinə göstərilən […]

Cəmiyyət

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik

Özbəkistanın beynəlxalq arenada imicinin ildən-ilə artmasına, iqtisadi potensialının güclənməsinə, sosial həyatın bir çox məsələsinin həll olunmasına şadıq. Bütün bunlar Prezidentin, Özbəkistan rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir. Bunların hamısı konkret proqramlarda da öz əksini tapır. Dost və qardaşlar olaraq, biz buna ürəkdən sevinirik. Bu gün sahə nazirlərinin qarşılıqlı fəaliyyətimizin müxtəlif istiqamətləri üzrə hesabatları dinlənildi. Biz bu gün […]

Cəmiyyət

Dostluğun və qardaşlığın parlaq təzahürü

Bu gün Azərbaycan və Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlətlərdir. Azərbaycan Prezidentinin ilk dövlət səfərini Özbəkistana etməsi ikitərəfli münasibətlərin yüksək səviyyəsinin, xalqlarımızın dostluğunun və qardaşlığının əyani təzahürüdür.Vətən müharibəsində Azərbaycanın öz ərazilərini erməni işğalından azad etməsindən sonra ölkəmizin regionda və dünyada nüfuzu daha da artıb. […]