Bölgə manset

Azərbaycanda 4 rayonun icra hakimiyyətinin başçısı yoxdur

xeberde.az-ın məlumatına görə, Qax, Nəsimi, Culfa və Ağdərə rayonlarında icra başçısı vəzifəsi boşdur. Belə ki, bir neçə gün əvvəl Qax rayonunun icra başçısı Musa Şəkiliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs edilib. Prezident İlham Əliyevin sərəncamı ilə Şəkiliyev vəzifəsindən uzaqlaşdırılıb. Culfanın icra başçısı Siyam Hacıyev isə ötən ilin iyul ayında işdən çıxarılıb və onların yerinə heç kim təyin edilməyib. Nəsimi Rayon […]

Bölgə Hadisə

Ağdamda 16 yaşlı qız itkin düşdü

Ağdamda 16 yaşlı qız itkin düşüb. xeberde.az-ın xəbərinə görə, ötən gün rayonun Üçoğlan kənd sakini 2009-cu il təvəllüdlü Əsgərova Aytac Pərviz qızı yaşadığı evdən çıxıb gedərək bir daha geri qayıtmayıb. Onun ailə qurmaq məqsədi ilə şəxsiyyət vəsiqəsini də özü ilə götürdüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.

Bölgə Gündəm manset

“8 Noyabr” Cənubi Qafqazın energetika mərkəzi statusunu gücləndirəcək

Bu stansiya (“8 Noyabr” elektrik stansiyası – red.) bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək. xeberde.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Mingəçevirdəki “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında deyib. Hazırda Mingəçevirdə elektrik enerjimizin […]

Bölgə Gündəm

Prezident Yevlaxa getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. xeberde.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

AKTUAL Bölgə

Şəmkirdə qəssablar işləmir, ət dükanları bağlanıb – İcradan iddialarla bağlı AÇIQLAMA

Şəmkirdə qəssabların işləməməsi, ət dükanlarının bağlanması məsələləri araşdırılır xeberde.az xəbər verir ki, sosial şəbəkələrdə Şəmkir rayonunda ət dükanlarının bağlanması və satıcıların işi dayandırması ilə bağlı məlumatlar yayılıb. Yerli sakinlərin iddiasına görə, ət kəsimi məntəqələrində xidmət haqlarının artırılması nəticəsində satıcılar fəaliyyətlərini dayandırıblar. Əvvəllər iribuynuzlu heyvanların kəsimi üçün 18 manat, xırdabuynuzlu heyvanların kəsimi üçün isə 12 manat […]

Bölgə Hadisə

Vəzifəli şəxs küçədə vətəndaşı döydü – TƏFƏRRÜAT

Lənkəran şəhəri C.Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin təsərrüfat müdiri küçədə vətəndaşı döyüb. Hadisə şəhərin mərkəzində fəaliyyət göstərən bazarın yaxınlığında baş verib. Məktəbin təsərrüfat müdiri Cəmaləddin Əliyev (soyad şərtidir) küçə ilə gedərkən çiyni həmin ərazidə dərzi işləyən Samir adlı şəxsin çiyninə dəyib. Nəticədə, Samirlə onun arasında mübahisə yaranıb. Mübahisə zamanı Cəmaləddin Samirin sifətinə başla […]

Bölgə Gündəm

İmişli Ağsaqqallar Şurasının yeni sədri də “Georgi lenti” taxıbmış – FOTO

Artıq iki gündür ki, ictimaiyyət İmişli rayonunda keçirilmiş 9 May Qələbə günü tədbirinini müzakirə edir. Tədbirdə keçmiş SSRİ bayrağının qaldırılması və iştirakçıların sinəsinə Rusiya imperiyasının rəmzi olan “Georgi lenti”ni taxması cəmiyyətdə birmənalı şəkildə pislənilib. İctimai qınağın artdığını nəzərə alıb tədbirin təşkilatçısı – rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovu dünən bu vəzifədən azad ediblər. Azərbaycan Ağsaqqallar Şurası […]