Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. xeberde.az işdən çıxarılan Fuad Nəcəflinin qısa dosyesini təqdim edir: Fuad Vahid oğlu Nəcəfli daha əvvəl özəl sektorda bir sıra vəzifələrdə çalışıb. O, 1975-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. Bakı Dövlət Universitetini beynəlxalq münasibətlər […]
Bölgə
Sabah bu rayonda işıq olmayacaq
Sabah Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq xeberde.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Naxçıvan RETSİ-dən məlumat verilib. Məlumata görə, 35/10 kilovoltluq “Sədərək” yarımstansiyasından qidalanan 10 kilovoltluq “Qaraağac ” hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq. Bu səbəbdən noyabrın 12-də saat 09:30-dan 12:30-dək Qaraağac kəndinin […]
Qarabağda 20 yaşayış məntəqəsi üzrə layihələndirmə BAŞA ÇATIR
5 il ərzində işğaldan azad edilmiş ərazilərin Ümumi planı, 8 şəhərin Baş planı, habelə Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planları hazırlanmaqdadır. Eyni zamanda 90-dan çox kənd və qəsəbənin layihə sənədləri təsdiq edilib, 20 yaşayış məntəqəsi üzrə layihələndirmə işləri isə yekun mərhələdədir. xeberde.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, bu sənədlər hər […]
SON DƏQİQƏ! Bu icra hakimiyyətində YOXLAMA aparılır
Gəncə İcra Hakimiyyətində yoxlama aparılır. Ajans.az-ın əldə etdiyi məlumata görə, Hesablama Palatası İcra Hakimiyyətində nəzarət tədbiri həyata keçirir. Musavat.com xəbər verir ki, Ajans.az məsələ ilə bağlı Hesablamalar Palatasına sorğu ünvanlayıb. Sorğuya cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2025-ci ilin İş Planına əsasən Gəncə Şəhər İcra Hakimiyyətində nəzarət tədbiri həyata keçirilir. “Hesablama Palatası haqqında” […]
Astarada hamilə gəlin toy gecəsi öldü
Astara hamilə qadın toyundan bir gün sonra ölüb. xeberde.az xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanovanın dünən toyu olub. Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. […]
Dərmandan zəhərlənən qadın öldü
Tovuz rayonunda dərmandan zəhərlənən qadın ölüb. xeberde.az xəbər verir ki, oktyabrın 23-də dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilmiş Sevda Məmmədova 3 gün sonra vəfat edib. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Azərbaycanda 1 yaşlı uşaq faciəvi şəkildə öldü
Cəlilabadda 1 yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb. xeberde.az xəbər verir ki, oktyabrın 26-da saat 10 radələrində 2024-cü il təvəllüdlü Miran Ramid oğlu Rəhimli Xəlilabad kəndindəki evdə elektrik cərəyanının təsirinə məruz qalaraq həyatını itirib. Faktla bağlı araşdırmalar davam edir.
Bu yanacaqdoldurma məntəqəsi bağlandı – FOTO
Naxçıvanda fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsi bağlanıb. xeberde.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin keçirdiyi yoxlama zamanı Naxçıvan şəhəri, Topçubaşov 34 ünvanında fiziki şəxs Hüseynov Fərmail Zeyqəm oğluna məxsus məntəqədə ciddi yanğın təhlükəsizliyi pozuntuları aşkarlanıb. Nazirliyin açıqlamasına əsasən, obyektin taxta konstruksiyaları odadavamlı məhlulla işlənməyib, elektrik naqilləri yanar səthlər üzərində çəkilib, yanğın su hovuzu standartlara cavab vermir, […]
41 yaşlı müəllimə dərs vaxtı vəfat etdi
Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin müəllimi vəfat edib. 1984-cü il təvəllüdlü musiqi müəllimi Günel Hüseynova iş başında olarkən qəfil halı pisləşib. O, dərhal xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır./APA
Vətən müharibəsi iştirakçısı vəfat etdi
Tovuzun Aşağı Öysüzlü kənd sakini, Vətən müharibəsi iştirakçısı, 1985-ci il təvəllüdlü Vüsal Əşrəf oğlu Tağıyev vəfat edib. xeberde.az xəbər verir ki, o, uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. Mərhum kənd qəbirsitanlığında dəfn edilib. Qeyd edək ki, Vüsal Tağıyev döyüşlərdə göstərdiyi xidmətlərinə görə, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.(qafqazinfo)










