Araşdırma

Pişiklərdən yoluxur, beyni məhv edir

Alimlər milyonlarla insanın beynində yaşayan Toxoplasma gondii parazitinin zəif yerini aşkar ediblər. xeberde.az xəbər verir ki, Virciniya və Merilend Veterinar Tibb Kollecinin mütəxəssisləri T. gondii-nin həyatda qalması üçün vacib olan TgAP2X-7 adlı zülalı müəyyən ediblər. Bu zülal olmadan parazit sahib hüceyrələrinə daxil ola və çoxala bilmir. T. gondii adətən pişiklərdən yoluxur, pişiklərin orqanizmində parazit cinsi […]

AKTUAL Araşdırma Cəmiyyət

Uşaqların sevdiyi bu şirniyyat dişləri korlayır

“Dişlər üçün ən zərərli şirniyyat növü çubuq üzərində olan lolipoplardır”. xeberde.az “lenta.ru”ya istinadla xəbər verir ki, bu barədə diş həkimi Viktoriya Radko danışıb. Həkimin sözlərinə görə, bu cür konfetlər diş minasına ən çox zərər vurur, kariyesin yaranmasına səbəb olur və tez-tez qəbul edildikdə uşaqlarda dişlərin düzgün düzülüşünə (diş qapama formasına) də mənfi təsir göstərə bilər: “Lolipop uzun […]

AKTUAL Araşdırma

Süni zəka təhlükəsi – onun inkişafı işsizlər ordusu yaradacaq

Bəşər əhlinin həyatını yaxşılaşdıracağı gözlənilən süni intellekt (AI) texnologiyalarının inkişafı başqa cür düşünən insanlarda narahatlıq doğurmağa başlayıb. Onlar diqqəti AI-nin yaratdığı təhlükələrə cəlb etməyə çalışırlar. Bir neçə gün öncə “Həyatın gələcəyi institutu” (ingiliscədə – FLI) texnoloji korporasiyalara və hökumətlərə ünvanlanmış məktub dərc edib. Qurum super süni intellektin (ASI) gələcək inkişafının qadağan edilməsini tələb edir. Adi […]

Araşdırma

Məşhur uşaq pudrası xərçəng yaradır? – RƏSMİ CAVAB

Bəzi xarici ölkələrdə “Johnson & Johnson” uşaq pudrasının tərkibində kanserogen maddə (xərçəng yaradan) tapılması ilə bağlı xəbərlər yayılıb, şirkətdən külli miqdarda təzminat tələb olunub. Bu pudra Azərbaycanda da analar ən çox yeni doğulmuş körpələri üçün istifadə edirlər. Bəs görəsən, bu iddialarla bağlı Azərbaycana gətirilən uşaq purdralarında da araşdırma aparılıbmı? xeberde.az xəbər verir ki, Respublika Sanitariya-Karantin […]

Araşdırma Cəmiyyət Hadisə

Ayı hücumlarının artmasına səbəb nədir? – AÇIQLAMA

Son günlər bir neçə bölgədə ayıların insanlara hücüm hallarının artması müşahidə olunur. Ən son Naxçıvanda belə hala rast gəlinib və 2 nəfər yaralanıb. xeberde.az sözügedən hadisənin artmasının səbəbini müəyyənləşdirmək üçün biomüxtəliflik üzrə eskpert Zülfü Fərəcli ilə əlaqə saxlayıb. O, ayıların hücumunun səbəbini insanların təbiətə daha çox çıxması və ayıların qış yuxusuna getməzdən əvvəl qida əldə etmək istəyi ilə izah […]

AKTUAL Araşdırma Cəmiyyət Gündəm

Dabaq təhlükəsi: tələf olmuş heyvanlar satışa çıxarılır

Son zamanlar dabaq xəstəliyinin ölkənin bəzi bölgələrində yayılması cəmiyyətdə ciddi narahatlığa səbəb olub. Xüsusilə xəstə və ya tələf olmuş heyvanların ətinin müxtəlif yollarla satışa çıxarılması ilə bağlı yayılan iddialar məsələni daha da aktuallaşdırıb. xeberde.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov qeyd edib ki, xəstə və ya ölmüş heyvanların ətinin dövriyyəyə çıxarılması, əslində, uzun illərdir Azərbaycanda mövcud […]

Araşdırma

Kişilərin beyni axşam saat 8-dən sonra kiçilir? – Mütəxəssislər açıqladı

Kişilərin beyninin hər axşam saat 20:00-dan sonra kiçildiyi barədə iddia yayılıb. Bu paylaşım on minlərlə bəyənmə toplasa da, ekspertlər bunun qismən yanlış olduğunu bildirirlər. xeberde.az xəbər verir ki, 2024-cü ildə Kaliforniya Universitetinin Santa Barbara kampusunda aparılan araşdırmada 26 yaşlı sağlam bir kişi 30 gün ərzində dəfələrlə MRT müayinəsindən keçib. Tədqiqatda beynin bəzi sahələrində gün ərzində […]

Araşdırma

Əlifbaların xəritəsi: Latın, ərəb, kiril… – FOTO

İnsan mədəniyyətinin inkişafında yazının və əlifbanın rolu əvəzsizdir. Tarixin müxtəlif dövrlərində xalqlar öz dillərini ifadə etmək üçün fərqli yazı sistemlərindən istifadə ediblər. Bu gün dünyada bir çox əlifba mövcuddur, lakin onların yayılma arealı və istifadə səviyyəsi bir-birindən fərqlənir. Xüsusilə üç əlifba – latın, ərəb və kiril – geniş coğrafi ərazilərdə istifadə olunur. Bununla yanaşı, bəzi […]

Araşdırma Dünya

Yer sürətlə “qaralır”: Alimlər bunun insanlıq üçün təhlükəsini izah etdi

2001–2024-cü illər arasında Yer kürəsinin günəş işığını əks etdirmə qabiliyyəti (albedo) nəzərəçarpacaq dərəcədə azalıb.  xeberde.az xəbər verir ki, bu nəticə NASA-nın radiasiya elmləri üzrə baş texnoloqu Norman Loebin rəhbərliyi ilə aparılan 20 illik araşdırmada təsdiqlənib.Alimlərin qeyd etdiyinə görə, xüsusilə şimal yarımkürəsində bu azalma daha çox müşahidə olunub. Məhz burada günəş radiasiyasının xalis itkisi qeydə alınır, […]

Araşdırma Bölgə Cəmiyyət

Azərbaycanda mal-qara arasında ölümcül xəstəlik yayılıb? – Agentlik açıqladı

Bəzi bölgələrində mal-qara arasında dabaq xəstəliyinin yayılması ilə bağlı iddialar dolaşır. Hətta səbəbdən insanlar ət almaqdan ehtiyat edirlər. Bəs görəsən, deyilənlər doğrudurmu? Xəstəliyə yoluxmanın qarşısını almaq üçün tədbirlər görülürmü? xeberde.az xəbər verir ki, Aqrar Xidmətlər Agentliyindən Lent.az-ın sorğusuna bildirilib ki, epizootik plana uyğun olaraq Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən ölkə üzrə iribuynuzlu heyvanlar arasında […]