Ötən həftə sosial şəbəkələrdə qulaq-burun-boğaz (lor) həkimi və estetik-cərrah kimi tanınan Rəşad Məmmədovun əməliyyat etdiyi 3 qadının şikayəti işıqlandırılmışdı. Məsələ ictimailəşdirildikdən sonra bu dəfə eyni həkimin qurbanı olduğunu iddia edən 2 qadın da öz şikayətlərini bildiriblər. xeberde.az Xəzər TV-yə istinadən xəbər verir ki, Rüzgar Rzayevanın sözlərinə görə, iki il əvvəl sözügedən həkim tərəfindən əməliyyat edilib. […]
AKTUAL
Fəzail Ağamalının partiyanı bölə bilməyən övladlarının şirkətləri – Siyahı
Son günlər övladları arasındakı qalmaqalla gündəmə gələn Ana Vətən Partiyasının sədri, sabiq deputat Fəzail Ağamalının ailə üzvlərinə məxsus şirkətlər məlum olub. xeberde.az “İqtisadiyyat.az”-a istinadən xəbər verir ki, həmin şirkətlər partiyaya sədrlik uğrunda mübarizə aparan Elçin və Günay Ağamalılara aiddir. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, Elçin Ağamalının qanuni təmsilçisi olduğu iki şirkət vardır ki, bunlar “La Vida” […]
Onlarla taksi sürücüsü avtovağzalda gecələyir
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yeni qərarı taksi sürücülərini çətin vəziyyətə salıb. xeberde.az xəbər verir ki, son günlər Bakıda taksi sürücüləri üçün ciddi çətinliklər yaranıb. AYNA-nın “buraxılış vərəqəsi”nin (icazə sənədinin) alınmasına dair yeni tələblər tətbiq edildikdən sonra sürücülər kütləvi şəkildə Bakı Beynəlxalq Avtovağzalına üz tutur. Onların sözlərinə görə, vərəqə almaq üçün səhərin açılmasından əvvəl sıralar formalaşır, gecədən növbəyə […]
Uşaqların sevdiyi bu şirniyyat dişləri korlayır
“Dişlər üçün ən zərərli şirniyyat növü çubuq üzərində olan lolipoplardır”. xeberde.az “lenta.ru”ya istinadla xəbər verir ki, bu barədə diş həkimi Viktoriya Radko danışıb. Həkimin sözlərinə görə, bu cür konfetlər diş minasına ən çox zərər vurur, kariyesin yaranmasına səbəb olur və tez-tez qəbul edildikdə uşaqlarda dişlərin düzgün düzülüşünə (diş qapama formasına) də mənfi təsir göstərə bilər: “Lolipop uzun […]
Süni zəka təhlükəsi – onun inkişafı işsizlər ordusu yaradacaq
Bəşər əhlinin həyatını yaxşılaşdıracağı gözlənilən süni intellekt (AI) texnologiyalarının inkişafı başqa cür düşünən insanlarda narahatlıq doğurmağa başlayıb. Onlar diqqəti AI-nin yaratdığı təhlükələrə cəlb etməyə çalışırlar. Bir neçə gün öncə “Həyatın gələcəyi institutu” (ingiliscədə – FLI) texnoloji korporasiyalara və hökumətlərə ünvanlanmış məktub dərc edib. Qurum super süni intellektin (ASI) gələcək inkişafının qadağan edilməsini tələb edir. Adi […]
“Xəstəxana 3 aydır əlil arabasında olan qardaşımı qəbul etmir”- Video
Əlil arabasında xəstəlikdən əziyyət çəkən 38 yaşlı İsmayıl Mirzəyev göndərişi olmasına baxmayaraq, Sabunçu Tibb Mərkəzinə qəbul edilmir. Bu barədə Xəzər TV-yə danışan xəstənin bacısı Səbinə Mirzəyevanın sözlərinə görə, qardaşının sinirləri virus səbəbindən iflic olub. O qeyd edib ki, hər şey 3 ay öncə qəfildən başlayıb: “Yolda yıxıldı. Xəstəxananın nevrologiya şöbəsində tetraparez polineyropatiya diaqnozu qoyuldu. Ancaq bu, infeksion polineyropatiya deyil, xronikidir. Sağ […]
10 minə Həcc ziyarəti – QMİ-nin qiymət artımının səbəbi
Azərbaycanda Həcc ziyarətinin qiyməti 6100 dollar, yəni təxminən 10 400 manata çatıb. Məsələn, 2018-ci ildə qiymət 4150 dollar, yəni 7055 manat olub. Deməli, ötən müddət ərzində qiymət 3400 manata yaxın – az qala 50 faiz artıb. Qafqaz Müsəlmanları İdarəsinin builki bahalaşma ilə bağlı izahında deyilir: “Bütün ölkələrdə müşahidə edilən qiymət artımları, habelə, Səudiyyə Ərəbistanı Krallığının […]
Dabaq təhlükəsi: tələf olmuş heyvanlar satışa çıxarılır
Son zamanlar dabaq xəstəliyinin ölkənin bəzi bölgələrində yayılması cəmiyyətdə ciddi narahatlığa səbəb olub. Xüsusilə xəstə və ya tələf olmuş heyvanların ətinin müxtəlif yollarla satışa çıxarılması ilə bağlı yayılan iddialar məsələni daha da aktuallaşdırıb. xeberde.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov qeyd edib ki, xəstə və ya ölmüş heyvanların ətinin dövriyyəyə çıxarılması, əslində, uzun illərdir Azərbaycanda mövcud […]
Nə üçün azyaşlılara, yeniyetmələrə, məktəblilərə və gənclərə tez-tez antinarkotik təlimləri keçirəm?
Narkotik maddələrin yaratdığı fəlakət təkcə istifadəçini deyil, onun ailəsini, yaxınlarını, cəmiyyətin bütövlüyünü hədəfə alır. Xüsusən də azyaşlılar və gənclər bu təhlükənin əsas hədəf qrupudur. Onların təcrübəsizliyi, maraq hissi və bəzən də yanlış təsir altına düşməsi, narkotikdən qaynaqlanan faciələrin başlanğıc nöqtəsinə çevrilə bilir. ABŞ Opioid böhranı: Son 20 ildə təkcə ABŞ-da kimyavi narkotiklərin istifadəsi nəticəsində 2 […]
Adnan Əhmədzadə: neft kralı indi Bakıda hansı həbsxanada saxlanılır – nə yeyir, nə içir, necə yaşayır? – EKSKLÜZİV MƏLUMATLAR
İki gün öncəyə qədər ən yüksək həyat tərzi, oliqarx dəbdəbəsi ilə yaşayan Adnan Əhmədzadə indi Bakıda həbsxanadadır. xeberde.az xəbər verir ki, onun barəsində cinayət işini Dövlət Təhlükəsizliyi Xidməti apardığına görə, Əhmədzadənin istintaq müddətində saxlanma yeri də ölkənin ən etibarlı müəssisəsi sayılan DTX təcridxanasıdır. Xatırladaq ki, hazırda məhkəməsi aparılan erməni separatçıları və qondarma rejimin rəhbərləri də həmin […]










