Cəmiyyət

Bakıda səs-küy yayılan daha bir restorandan ŞİKAYƏT – VİDEO

Gecəyarısınadək səsləndirilən musiqi səsləri yaşayış kompleksinin əksər mənzillərində eşidilir.

xeberde.az  Xəzər Tv-yə istinadən xəbər verir ki, görüntülər paytaxtın Yasamal rayonunda fəaliyyət göstərən “İzmir” restoranındandır.

İnşaatçılar prospektindəki 33-a ünvanında  yaşayan sakinlər iddia edirlər ki,  yaşayış kompleksinin sakinləri  yay  mövsümü başalayandan  gecələr mənzillərində səs-küydən dincələ bilmirlər.

Sakinlər deyirlər ki, hətta dəfələrlə bununla bağlı aidiyyəti qurumlara məlumat veriblər. Tədbir görülməsi üçün müraciətlərə baxmayaraq, iaşə obyektinin rəhbərliyi onların narahatlığına məhəl qoymur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir