2026-cı il aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanatda iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın və dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha vurğulayıb. Bu səfər iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Cənab Prezident İlham Əliyev çıxışında xüsusi olaraq qeyd edib ki, Gürcüstanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətlər açıq şəkildə müşahidə olunur. Gürcüstan regionda həyata keçirdiyi iqtisadi islahatlar, əlverişli investisiya mühiti və beynəlxalq layihələrdə fəal iştirakı ilə diqqət mərkəzindədir. Bu inkişaf Cənubi Qafqaz regionunun iqtisadi potensialını gücləndirir.
Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq uzun illərdir ki, strateji xarakter daşıyır. Enerji və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələr bu əməkdaşlığın əsas sütunlarını təşkil edir. Azərbaycan ilə Gürcüstanın tərəfdaşlığı nəticəsində reallaşdırılan iri infrastruktur layihələri – neft və qaz kəmərləri, nəqliyyat dəhlizləri regionun geosiyasi və geoiqtisadi əhəmiyyətini artırmışdır.
Gürcüstanın dinamik iqtisadi inkişafının əsas səbəblərindən biri də ölkədə həyata keçirilən islahatlar və biznes mühitinin liberallaşdırılmasıdır. Xarici investisiyaların cəlb olunması, turizm sektorunun sürətli inkişafı, logistika imkanlarının genişlənməsi ölkə iqtisadiyyatına əlavə impuls verir. Bu baxımdan Gürcüstan regionun mühüm tranzit və ticarət mərkəzlərindən birinə çevrilməkdədir.
Cənab Prezident İlham Əliyevin bəyanatında vurğulandığı kimi, Azərbaycan Gürcüstanın əldə etdiyi uğurlara daim dəstək göstərmiş və bundan sonra da bu əməkdaşlıq davam etdiriləcəkdir. İki ölkə arasında qarşılıqlı etimad və dostluq münasibətləri həyata keçirilən bütün layihələrin uğurla icrasına zəmin yaradır.
Azərbaycan-Gürcüstan münasibətləri ikitərəfli çərçivə ilə məhdudlaşmır, eyni zamanda regionda sabitliyin və inkişafın təmin olunmasına xidmət edir. Gürcüstanın dinamik iqtisadi inkişafı fonunda bu əməkdaşlıq daha da genişlənir və yeni perspektivlər açır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstana səfəri bir daha göstərdi ki, regionda davamlı inkişaf və iqtisadi tərəqqi üçün Azərbaycan-Gürcüstan tərəfdaşlığı mühüm rol oynayır. Gürcüstanın dinamik iqtisadi inkişafı isə bu əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə inam yaradır.
Soltanova Zahidə
Saatlı Dövlət Rəsm Qalereyasının bələdçisi




