Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 6-da Gürcüstana dövlət səfəri həyata keçirib. Bu, bir daha sübut edir ki, Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Aprelin 6-da Prezident İlham Əliyev Gürcüstana səfəri zamanı mətbuata verdiyi bəyanatda deyildiyi kimi, bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar.
Prezident İlham Əliyev vurğulayıb ki, Orta Dəhliz hər iki ölkənin mənafeyinə uyğundur. Bizim ölkələrimiz burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Bizim müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də əminəm ki, uğurla başa çatdıracaq. Burada, əlbəttə ki, biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.
Bu səfər həmin strateji tərəfdaşlığın ən yüksək səviyyədə bir daha təsdiq edilməsi deməkdir. Görüşlərdə vurğulandığı kimi, əlaqələr dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsipləri üzərində qurulub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin öz sözləri ilə desək, “Azərbaycan və Gürcüstan arasındakı münasibətlər bütün qonşular üçün nümunə ola bilər.
Azərbaycan Prezidenti Orta Dəhlizi “əsas nəqliyyat damarı” adlandıraraq onun inkişafına əlavə səylər göstəriləcəyini bəyan edib. Orta Dəhliz- Çindən Avropaya uzanan bu dəhliz məhz Azərbaycan və Gürcüstan ərazilərindən keçir. Bu coğrafi həqiqət iki ölkəni bir-birindən ayrılmaz tərəfdaşa çevirir.
Arif Nəcəfov,
Cəlilabad Rayon Statistika İdarəsinin rəisi



