Cəmiyyət

Sülhdən yaxşı heç nə ola bilməz

XIII Qlobal Bakı Forumu yalnız müharibələri deyil, həmçinin insanlığın uzunmüddətli perspektivinə təsir edə biləcək məsələləri gündəmə gətirir. Müasir dövrün təhlükəli tərəfi silahların güclü, sürətli və kütləvi olmasıdır ki, bu da faciələrin miqyasını artırır. Forum siyasi cəhətdən çox böyük aktuallıq kəsb edir. Tədbirə dünyada tanınmış keçmiş dövlət və hökumət başçıları, ictimai xadim və siyasət adamları da qatılıblar. Bu, Qlobal Bakı Forumunun gərəkli beynəlxalq tədbir olduğunu göstərir. Belə bir forumun Azərbaycanda keçirilməsi isə ölkəmizin beynəlxalq nüfuzunu artırır. Forumdakı çıxışında dövlətimizin başçısı əminliklə deyib ki, deyib ki, Ermənistanla sülh daimi olacaq. Biz, həmçinin Ermənistana mühüm neft məhsullarının təchizatına başlamışıq. Digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırmışıq. Bu isə bir daha güclü siyasi iradəmizi göstərir, çünki biz sülhə təkcə iki ölkənin parafladığı sənəd üzərində deyil, həmçinin əyani şəkildə nail oluruq. Bu, həmçinin ona görə vacibdir ki, bəzən sənədlər uzun müddət ərzində elə kağız kimi qalır. Bizə gəldikdə, 2023-cü ilin sentyabrından Ermənistanla son qanlı hərbi toqquşmadan 2025-ci ilin avqustunda sülhə nail olmağımızdan iki ildən az vaxt keçir. Düşünürük ki, əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir. İnanın mənə, müharibə şəraitində yaşamağın və ya müharibə etməyin nə olduğunu bilirik. Ona görə bizim kimi ölkələr, ola bilsin, sülhü hər hansı digər ölkədən daha çox dəyərləndirir. “Ermənistan müstəqillik tarixində ilk dəfədir tranzit ölkə ola bilər. Bu günə qədər bu, hələlik yoxdur. Bunun sayəsində biz Azərbaycanın əsas hissəsi ilə eksklavımız olan Naxçıvan Muxtar Respublikası ilə birbaşa bağlantını yarada biləcəyik”, – deyə dövlətimizin başçısı əlavə edib. Kəramət Həsənov, Əməkdar müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir