Heydər Əliyev Fondu yarandığı ilk gündən etibarən Azərbaycan dövlətinin milli maraqlarına, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına və ədalətin bərpasına xidmət edən mühüm təşəbbüslərlə çıxış etmişdir. Bu istiqamətdə atılan ən mühüm və strateji addımlardan biri də “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə hərəkatına start verilməsi olmuşdur.
Fondun təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası XX əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımının mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq, erməni silahlı birləşmələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşilikləri faktlar və sübutlar əsasında beynəlxalq müstəvidə tanıtmaq məqsədi daşıyır. Bu hərəkat təkcə bir xatırlatma aksiyası deyil, eyni zamanda beynəlxalq hüquq normalarına əsaslanan, ədalət və insan haqları prinsiplərinə söykənən davamlı və sistemli fəaliyyət proqramıdır.
Heydər Əliyev Fondunun bu təşəbbüsü Azərbaycan dövlətinin informasiya təhlükəsizliyi, tarixi yaddaşın qorunması və milli mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində konfranslar, sərgilər, yürüşlər, sosial media kampaniyaları təşkil edilmiş, Xocalı faciəsi barədə həqiqətlər beynəlxalq təşkilatlara, parlamentlərə və ictimaiyyətə çatdırılmışdır.
Nəticə etibarilə, Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” hərəkatına dərhal start verməsi dövlətçilik mövqeyinin, milli məsuliyyətin və tarixi ədalətin bərpasına yönəlmiş ardıcıl siyasətin təzahürüdür. Bu fəaliyyət Azərbaycan dövlətinin haqq səsinin dünyada eşidilməsinə, Xocalı qurbanlarının xatirəsinin uca tutulmasına və gələcək nəsillərdə milli yaddaşın möhkəmləndirilməsinə mühüm töhfə verir.
Gülnarə FərəcovaКонец формыlılı
Saatlı rayon Mərkəzi Kitabxananın əməkdaşı
Конец формыlılı


