Serbiya xalqı bütün dövrlərdə öz dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində böyük səylər göstərmişdir, qurbanlar vermişdir. Siz də əziz dostum, Serbiyanın Prezidenti kimi dövlətçiliyi, dövlət maraqlarını hər şeydən üstün tutursunuz. Məhz buna görə Sizin rəhbərliyinizlə Serbiya uğurla inkişaf edir, həm beynəlxalq müstəvidə böyük hörmət qazanmışdır, eyni zamanda, iqtisadi və sosial sahədə böyük islahatlar aparılmışdır. Bunun nəticəsində bu gün Serbiya - təbii sərvətləri olmayan bir ölkə buna baxmayaraq, iqtisadi cəhətdən uğurla inkişaf edir, öz gücünə arxalanır, heç bir yerdən heç bir yardım almır. Bugünkü şəraitdə, xüsusilə Avropa məkanında yerləşən ölkə üçün bu, xüsusi amil kimi qiymətləndirilməlidir. Burada mən Prezident Vuçiçin çox yüksək liderlik keyfiyyətlərini qeyd etmək istərdim. Bildiyiniz kimi, bizim təmaslarımız uzun illərdir ki, davam edir. Biz bir-birimizi yaxından tanıyırıq, səmimi söhbətlər aparırıq və dostluq münasibətlərimiz var.
Ən mühüm mövzulardan biri də o faktla bağlıdır ki, qarşımızda elektrik enerjisi dövrü başlayıb. Mən Prezident Əliyevdən xahiş etdim ki, bu layihədə bizə yardım göstərmək üçün şəxsən iştirak etsin. Belə olarsa, biz işləri daha sürətlə bitirə bilərik. Burada insanlar düşünə bilər ki, elektrik enerjisi hələ 20 il əvvəl də var idi. Amma həmin vaxtlar siz qablarda yanacaq alırdınız. O zaman 6 saat ərzində elektrik enerjisi verilirdi, sonrakı 6 saatda enerji məhdudiyyətlərlə verilirdi. Bugünkü vəziyyətə gəldikdə, ölkəmizdə heç zaman olmadığı nizam-intizam yaranıb. Lakin eyni vəziyyət sabah olmaya da bilər. Elektrik enerjisi dövrü başlayır və bizə elektrik enerjisinin çox sayda mənbələri lazımdır. Daha çox elektrik enerjisi istehsal etməliyik.
Azərbaycanın giqavatlarla ölçülən elektrik enerjisi olacaq. Lakin məsələ belədir ki, onun idxalı üçün lazımi ötürücü xətlər olacaqmı?! Biz Azərbaycan tərəfi ilə mühüm məsələlər üzərində razılığa gəldik. Bu gün Serbiyanın qaz şirkəti və SOCAR bu mövzuda söhbət aparıblar və əməkdaşlıq sazişi imzalanıb. Çalışacağıq hər bir məsələni iki və ya üç ay ərzində həll edək ki, dərhal sonra layihə sənədləri hazırlansın və tikinti başlanılsın. Tikinti iki ildən artıq çəkəcək. İnanırıq ki, biz 2029-cu ilə qədər qazla işləyən elektrik enerjisi stansiyasını açacağıq. Niş şəhərinin ətrafında üç yer seçilib. Söhbət təmiz enerjidən gedir. Avropa İttifaqı da bunu etiraf edir. Bir sözlə, tikintinin ya Tripale, Kruşti, ya da Nişka Banyada aparılması gözlənilir. Lakin düşünürəm ki, Kruşti ən münasibdir. Stansiyanın 500 meqavatlıq enerji istehsalı gücü olacaq. Prezident Əliyev mənə söz verdi ki, şəxsən həmin məsələ ilə məşğul olacaq. Bəlkə inanmayacaqsınız, lakin ikiillik müddətdə onlar 1890 meqavatlıq ümumi enerji istehsalı gücünü yarada biliblər.
Ramella İsmayılova
Saatlı şəhər Bülbül adına UMM-nin direktoru




