Cəmiyyət

Azərbaycan ilə Slovakiya münasibətləri dinamik inkişafda

 Slovakiya ölkəmiz üçün mühüm strateji dövlətdir. Hərbi sənayedən tutmuş, ticari-iqtisadi, mədəni, müasir texnologiyaların tətbiqi, sosial sferada əməkdaşlığa qədər bütün münasibətləri əhatə edən müqavilələr imzalandı. Slovakiya hərbi sənayesi ilə öndə olan ölkədir. İki ölkə hər zaman bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşıb.

İşgüzar əlaqələr qurmaq üçün yaxşı fürsət olmuşdur. Bütün məsələlərdə ümumi anlayış vardır. Nəzərə almaq lazımdır ki, xüsusilə enerji və nəqliyyat sahələrində Azərbaycan ən vacib layihələrin təşəbbüskarı, eyni zamanda əsas iştirakçılarından biridir. Təbii ki, bu da Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sırasını davamlı olaraq genişləndirməkdədir.

Hazırda Azərbaycanın Avropaya ixrac edəcəyi təbii qazın həcminin artırılması aktuallıq kəsb edən məsələdir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri bütövlükdə Azərbaycanın gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsinin göstəricisidir. Həmçinin iki ölkə arasında bir sıra mühüm sahələrdə kifayət qədər səmərəli əməkdaşlıq sistemi qurmaq mümkün olub. Bu gün Avropanın Azərbaycan karbohidrogen ehtiyatlarına çox böyük ehtiyacı var. Lakin daha çoxvektorlu əməkdaşlıq qurmaq potensialı mövcuddur. Bu da Azərbaycanla tərəfdaş olan ölkələrin diqqətindən yayınmır. Bu baxımdan Serbiya səfəri bütövlükdə Avropa müstəvisində Azərbaycana yeni əməkdaşlıq imkanları açacaq. Düşünürəm ki, xüsusən də hazırkı şərtlər daxilində bu səfər həm siyasi, həm də iqtisadi baxımdan ölkəmiz üçün çox əhəmiyyətlidir.

        Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Və bunun nəticəsidir ki, Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir.

Azərbaycan ilə Slovakiya arasında strateji əməkdaşlıq potensialı böyükdür. İndi əsas vəzifə bu potensialı hərəkətə gətirmək, bu sahədə nəzərəçarpan uğurlar əldə etməkdir. İnanırıq ki, dövlətlərimiz və xalqlarımız bu imkanlardan maksimum yararlana biləcək. Dövlətimizin başçısının Slovakiyaya səfəri əlaqələrimizin möhkəmlənməsinə və genişlənməsinə, qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın güclənməsinə əhəmiyyətli töhfələr verəcək.

Nurlan Ağamaliyev,

YAP Cəlilabad rayon təşkilatının məsləhətçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir