Cəmiyyət

AYNA iki avtobusa görə xəbərdarlıq edəcək

Marşrut avtobusları tərtib olunmuş sxem və qrafik üzrə hərəkət etməlidir.

xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd edilib ki, 202 və 45 saylı marşrutların daşıyıcılarına onların nizamlı fəaliyyətinin təmin edilməsi, sərnişindaşıma qaydalarına və hərəkət cədvəlinə riayət edilməsi ilə bağlı xəbərdarlıq ediləcək.

Qeyd edək ki, həmin avtobusların günün pik saatlarında öz hərəkət sxemini dəyişməsi sərnişinlərin narazılığına səbəb olur. (Mənbə: azərtac)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir