Hər il oktyabrın 20-də böyük qürur hissi ilə qeyd etdiyimiz Zəngilan şəhəri günü həm də dövlətimizin gücünü, xalqımızın birliyini və müzəffər Ordumuzun qəhrəmanlığını simvolizə edir. Bu tarix vətənpərvərlik ruhunu daha da gücləndirir, gənc nəsildə doğma torpağa sevgi və bağlılıq hissini möhkəmləndirir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün mühasirə şəraitində düşmənlə vuruşaraq 235 nəfər şəhid vermişdir.Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin ardından rayon əhalisi doğma torpaqlarından didərgin düşmüş, ölkəmizin digər şəhər və rayonlarında olduğu kimi məcburi köçkün həyatına məhkum olmuşdur. Erməni işğalı zamanı Zəngilanın çoxsaylı tarixi və dini abidələri, o cümlədən, İmam Hüseyn məscidi, Alban kilsəsi, Ziya Baba ocağı vandalizmə məruz qaldı, rayonda yerləşən məscidlər, məqbərələr və digər dini tikililər dağıdıldı. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 20-də Zəngilan rayonu tam olaraq erməni işğalından azad olundu. Azərbaycan-İran sərhədi Zəngilanın işğaldan azad olunması ilə işğal altında qalmış 132 kilometr sərhəd bərpa edildi. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlandı. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Artıq 5 ildir ki, Vətənimizin bu gözəl guşəsində dinc həyat hökm sürür. Kəlbəcər-Laçın iqtisadi rayonu mineral yataqların sayı üzrə coğrafi şaxələndirməyə malikdir. Rəsmi hesablamalara görə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində, işğaldan azad olunan və davam edən iqtisadi rayonlarda 155 müxtəlif növ mineral yataqları mövcuddur ki, bunlar qızıl, gümüş, mis, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və digər faydalı qazıntılardır.Simran Əlizadə,Cəlilabad Rayon İcra Hakimiyyəti başçısınınŞiləvəngə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi



