Cəmiyyət

İçərişəhərdəki tarixi hotel satışa çıxarıldı – FOTO

Bakının mərkəzində, “İçərişəhər” Dövlət Qoruğunun ərazisində, “Səbail” rayonu ərazisində yerləşən və tarixi atmosferi ilə seçilən 900 kvadratmetr sahəyə malik bina satışa çıxarılıb. Hal-hazırda hotel kimi fəaliyyət göstərən bina uzunmüddətli rəsmi icarə müqaviləsinə malikdir.

xeberde.az xəbər verir ki, əmlakın satış qiyməti 9 000 000 manat təşkil edir

Avropa standartlarına uyğun təmir olunmuş bu obyekt dəniz mənzərəsi və tarixi memarlığı ilə həm yerli, həm də xarici turistlər üçün cəlbedici məkandır. “İçərişəhər” metro stansiyasının yaxınlığında yerləşən bina nəqliyyat əlçatanlığı ilə seçilir.

Tarixi və mədəni baxımdan əhəmiyyət daşıyan bina dövlət qoruması altında olan ərazidə yerləşir. Bu faktor onun investisiya dəyərini artırır və biznes məqsədli alıcılar üçün xüsusi əhəmiyyət kəsb edir.

Satışa çıxarılan obyekt prestijli biznes sahibləri və turizm sektoruna investisiya qoymaq istəyən şəxslər üçün nadir fürsət hesab olunur. Müasir infrastruktur, yüksək gəlir potensialı və hüquqi baxımdan şəffaflıq təmin edən “çıxarış” (kupça) sənədi bu əmlakı daha da cəlbedici edir.

Maraqlanan şəxslər ətraflı məlumat üçün 050 555 15 25 nömrəsi ilə əlaqə saxlaya bilərlər. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir