Rusiya İstanbuldakı danışıqlarda masada olan və razılığa gəlinən mövzuları açıqlayıb.
xeberde.az xəbər verir ki, bu haqda Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Prezidentinin müşaviri Vladimir Medinski məlumat verib.
Görüşdə müzakirə predmeti olan mövzuları təqdim edirik:
-Rusiya iki hissədən ibarət memorandumu Ukrayna tərəfinə təhvil verib. Ukrayna bunu qəbul edib;
– Həmin memorandumun ikinci hissəsində atəşi dayandırmaq üçün bir sıra yollar təklif olunur;
-Tərəflər “6000-in 6000-ə” prinsipi ilə meyitlərin mübadiləsi barədə razılıq əldə edib;
-Rusiya və Ukraynanın iki tərəfdən olan ağır xəstələri və yaralıları dəyişdiriləcək;
– Ağır yaralı hərbçilərin mübadiləsi üçün tibbi komissiyalar təşkil olunacaq, mübadilələr müntəzəm olacaq;
-Rusiya Ukraynaya cəbhənin müəyyən hissələrində 2-3 günlük atəşkəs təklif edib. Bu, bir növ humanitar atəşkəs sayıla bilər. Çünki beynəlxalq qanunlara görə, hərb meydanından meyitlərin toplanmasına imkan yaradacaq;
-Ukrayna Rusiyanın atəşi dayandırmaq təklifi üzərində işləyəcək;
-Əsir və itkin düşmüş uşaqlarla bağlı müzakirə aparılıb. Girov uşaqların ailələri ilə əlaqə qurulması üzrə iş aparılacaq. Ukraynanın köçürdüyü 339 uşağın adı açıqlanıb;
-Son vaxtlar Rusiya 101, Ukrayna tərəfi isə 20-yə yaxın əsir uşağı geri qaytarıb.