Cəmiyyət

Böyük siyasi əhəmiyyətə malik səfər

        Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində müxtəlif sənədlərin imzalanması onların əhəmiyyətini daha da artırır, yüksək səviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün ən vacib rol oynayacaqdır. İqtisadi-ticari münasibətlərə toxunan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanla Vyetnam arasında ikitərəfli əlaqələr, demək olar, stabil xarakterə malikdir, son illər daha da inkişaf etməkdədir. Bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da öz növbəsində iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur.

       Qlobal miqyasda rolu və nüfuzu artan Azərbaycan dünyanın ən müxtəlif regionlarındakı dövlətlərlə ikitərəfli əlaqələrini genişləndirməkdədir. Bildiyimiz kimi, son illərdə Latın Amerikası, Afrika regionu dövlətləri ilə yanaşı, ölkəmiz Uzaq Şərq dövlətləri ilə də qarşılıqlı maraqlara əsaslanan münasibətlərini inkişaf etdirməkdədir. Bu baxımdan, Prezident İlham Əliyevin Şərqi və Cənub-Şərqi Asiya regionuna baş tutan səfərləri, keçirdiyi görüşlər ölkəmizin regionla siyasi, iqtisadi, humanitar əlaqələrinin inkişafına əlavə imkanlar yaradıb. Birgə səylər nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var.

       Bu gün bu əməkdaşlıq var və daha çox ticarət əməkdaşlığı formasında aparılır. Energetika sahəsində imzalanmış sənədlər və müzakirələr deməyə əsas verir ki, biz yaxın gələcəkdə bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik. Keçirilmiş görüşlərdə bərpaolunan enerji növlərinin istehsalı ilə bağlı fikir mübadiləsi aparılmışdır. Azərbaycanın bu sahədə çox böyük imkanları, potensialı var. İmzalanmış kontraktlar 5 il bundan sonra bizə 6500 meqavat gücündə yeni enerji, təmiz enerji güclərini qazandıracaq. Eyni zamanda, Azərbaycan tərəfinin Vyetnamda bərpaolunan enerji növlərinə sərmayə qoymağa hazırdır.  

      Prezident İlham Əliyev onu da qeyd etdi ki, səfər proqramına ikitərəfli gündəliyin əsas aspektlərini əhatə edən məsələlərin geniş dairəsi daxildir. Bu, aktual mövzulara dair hərtərəfli fikir mübadiləsi aparmağa, yanaşmaları razılaşdırmağa və gələcəkdə qarşılıqlı fəaliyyətin perspektiv istiqamətlərini müəyyənləşdirməyə imkan verəcək. Bu səfər onun Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi qismində ilk səfəridir. Tərəflərin ikitərəfli münasibətlərin dərinləşdirilməsi ilə bağlı səylərini əks etdirən və qarşılıqlı fəaliyyətdə yeni istiqamətlər açacaq bu səfər böyük siyasi əhəmiyyətə malikdir.  

Ramil Əmənov,

Cəlilabad şəhər sakini, İctimai şuranın sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir