Qazax şəhərində yerləşən fərdi yaşayış evində baş verən partlayış nəticəsində 1 nəfər xəsarət alıb.
Bu barədə xeberde.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, ilkin ehtimala görə, yanğınla müşayiət olunmayan partlayışı qaz sızması nəticəsində baş verib. Partlayış nəticəsində evə ciddi ziyan dəyib.
FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.




