Bölgə Cəmiyyət

Cəlilabad rayonunda yaşıllaşdırma tədbirləri davam etdirilir

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşıllıqların bərpası və qorunması istiqamətində görülən işlər davam etdirilir. Cəlilabad şəhəri Heydər Əliyev prospektinin sağ və sol hissəsində əkilmiş yaşıllıq zolağına keçirilən baxış zamanı qurumuş ağaclar müəyyən edilərək çıxarılmış, həmçinin boş qalmış sahələr dəqiqləşdirilmişdir.

Ətraf mühitin mühafizəsi və yaşıllıq örtüyünün artırılması məqsədilə həmin ərazilərdə 70 ədəd “Şərq tuyası” ağacı əkilmişdir. Əkilmiş ağacların suvarılması və qulluq işləri mütəmadi nəzarətdə saxlanılır.

Cəlilabad Rayon İcra Hakimiyyəti yaşıllaşdırma və abadlıq işlərini ardıcıl olaraq davam etdirəcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir