Bölgə

DİQQƏT! Bu ərazidə 4 gün işıq olmayacaq

Naxçıvanın Nehrəm qəsəbəsində enerji verilişində 4 gün fasilə yaranacaq.

xeberde.az xəbər verir ki, 35/10 kilovoltluq Nehrəm yarımstansiyasından qidalanan 10 kilovoltluq “Nehrəm 1” hava elektrik verilişi xəttində aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 1-dən 5-dək Babək rayonu Nehrəm qəsəbəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Bildirilib ki, təmir işləri başa çatdıqdan sonra abonentlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir