Bölgə Hadisə

Şəmkirdə müəllimlərin olduğu avtomobil aşdı- Ölən və xəsarət alanlar var

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Könüllü kəndi istiqamətində qeydə alınıb.

Belə ki, “Great Wall Haval” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü Şəbnəm Firudin qızı Hüseynova və daha 2 nəfər xəsarət alıb. Onlardan biri hadisə yerində vəfat edib. Xəsarət alanlardan biri azyaşlıdır.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir