Bölgə

AAYDA mütəxəssisləri Qubada qəzalı vəziyyətə düşən körpüyə baxış keçirəcək

İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində mövcud olan 101 metr uzunluğunda olan 4 aşırımlı körpünün dayaqlarını yuyub, nəticədə körpü qəzalı vəziyyətə düşüb.

Bunu xeberde.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.

“Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 9 N-li Xüsusi Təyinatlı Yol idarəsinin əməkdaşları cəlb olunaraq əlavə təhlükəsizlik tədbirləri görülüb və körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Sürücülər müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil yolundan istifadə edə bilərlər”, – A.Nəcəfli bildirib.

Onun sözlərinə görə, sabah agentliyin mütəxəssisləri tərəfindən körpüyə baxış keçiriləcək: “Bundan sonra körpünün vəziyyəti ilə bağlı dəqiq məlumat vermək mümkün olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir