“Ukrayna üçün sülh, münaqişə başladığı vaxtla müqayisədə indi daha yaxındır”. Editor.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksander Stubb dekabrın 9-da Helsinkidə keçirilən tədbirdə çıxışı zamanı deyib. “Biz razılaşmaya çox yaxınıq. Potensial sazişin şərtləri daha məqbul mərhələyə yaxınlaşır. Mən hazırkı vəziyyətdən kifayət qədər razıyam”, – Stubb vurğulayıb. Onun sözlərinə görə, aparılan danışıqlar üç ayrı sənədi əhatə […]
Author: VUQAR FERZELIYEV
Daha bir dəhşətli təyyarə QƏZASI – Ölənlər var
Sudanda İl-76 tipli hərbi yük təyyarəsi eniş edərkən qəzaya uğrayıb. Bu barədə “Agence France-Presse” hərbi mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, hadisə nəticəsində təyyarənin bütün heyət üzvləri həlak olub. “İl-76 texniki nasazlıqdan sonra Qırmızı dənizdəki Port Sudan şəhərindəki Osman Diqna Hava Bazasına eniş etməyə cəhd etdikdən sonra qəzaya uğrayıb”, – agentlik adı açıqlanmayan mənbəyə istinadən yazıb. Məlumatda qeyd […]
Müəllimlər üçün sevindirici yenilik: Bu ildən etibarən.
Pedaqoji işçilərə əmək məzuniyyətinin verilməsi qaydasında dəyişiklik ediləcək. News365.az xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Mövcud qanunvericiliyə görə, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri bir qayda olaraq […]
Heydər Əliyev Fondu ilə Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu arasında anlaşma memorandumu imzalanıb
Dekabrın 9-da Heydər Əliyev Fondu ilə Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu arasında anlaşma memorandumu imzalanıb. Memorandumu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva imzalayıblar. Qeyd olunub ki, uzunmüddətli və səmərəli əməkdaşlığın təməlini […]
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Prezident İlham Əliyevin 8 dekabr 2025-ci il tarixində Slovakiyaya səfəri çərçivəsində mətbuata verdiyi bəyanat Azərbaycan–Slovakiya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini bir daha nümayiş etdirdi. Dövlət başçısı çıxışında bildirdi ki, Slovakiya və Azərbaycan sözün əsl mənasında dost ölkələr və etibarlı strateji tərəfdaşlardır. Keçən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətləri ən yüksək mərhələyə qaldırıb və […]
Ləvəngi restoranın sahibi,Şeyxin sabiq mühafizəçisi Mənsimovun stadionunu aldı
Masallıda yerləşən Anatoli Banişevski adına stadionun kim tərəfindən satın alınması müəyyənləşib. Xeberde.az “Teleqraf”a istinadən xəbər verir ki, stadionu satın alan şəxs yerli iş adamı Səxavəddin Sadıxovdur. Əslən Masallıdan olan S.Sadıxov uzun müddət xüsusi xidmət orqanlarında çalışıb. İstefada olan polkovnik Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Mühafizə xidmətinin rəisi olub. O, eyni zamanda Birinci […]
Namizəd Səfərov saxlanıldı
Hüquqşünas Namizəd Səfərov saxlanılıb. “Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, onun saxlanılmasına dələduzluqla bağlı şikayətlər səbəb olub.
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Bakıda Heydər Əliyev Fondunun tərəfdaşlığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşkilatçılığı ilə davam edən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə-2025” çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib. Forum Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının Qadınların İnkişafı Təşkilatı (WDO), Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) və Yaradıcı Azərbaycan platformasının birgə təşkilatçılığı ilə baş tutub. […]
Serbiyanın sabiq Prezidenti: Azərbaycanla strateji tərəfdaşlığımız möhkəm təməllər üzərində qurulub
Bakı, 9 dekabr, Elmir Səftərov, AZƏRTAC Hər il keçirilən Qlobal Bakı Forumu sülhü və dialoqu təşviq edir. Hazırda qlobal sülh və dialoq bizim üçün böyük əhəmiyyət kəsb edir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü, Serbiyanın sabiq Prezidenti Boris Tadiç söyləyib. Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlığın uzun illər ərzində möhkəm təməllər üzərində […]
Xanəndə qəza törətdi – Atası və 2 yaşlı oğlu öldü – Yenilənib
Bu gün səhər saatlarında Zərdab rayonunda ağır yol qəzası baş verib. “Qafqazinfo” xəbər verir ki, Kəndəbil kəndindən keçən yolda “Toyota Prius” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb və ağaca çırpılıb. Nəticədə avtomobildə olan şəxslərdən biri hadisə yerində ölüb, digər şəxs isə xəstəxanaya çatdırılıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Ölən və yaralananın şəxsiyyəti müəyyənləşdirilir. *** […]


