Bugünkü Azərbaycan cəmiyyətində sosial şəbəkələr və mediada yer alan simalar arasında dəyər və dəyərsizlik arasındakı fərqləri ayırd etmək çətinləşib. Kiminsə beş saniyəlik videosu, bərbad playback ifası və ya süni qalmaqalı ilə “tanınması” artıq normal sayılır. Bəs bu parıltının altında nə yatır? Sırf izlənmək, gündəmdə qalmaq və reytinq üçün hər şeyini satmağa hazır olan “şou-biznes” nümayəndələri […]
Author: Xeberal.az
Zərifə Əliyevanın anım GÜNÜDÜR
Aprelin 15-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 40 il ötür. Onun nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hörmətlə anılır. xeberde.az akademik Zərifə Əliyevanın anım günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır. Qədim Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə Əliyeva zəngin və mənalı ömür yaşayıb. Atası – görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin […]
İşıqla bağlı yeni QƏRAR: Qadağandır
60 Vt və yuxarı gücə malik olan közərmə lampaların 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampaların isə 2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan edilir. Bəs qanunun məqsədi nədir? Qadağan edilən lampaları nələr əvəz edə bilər? Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya […]
4 nəfər dönərdən zəhərləndi
Gəncədə 4 nəfər dönərdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. xeberde.az xəbər verir ki, həmin şəxslər 35 yaşlı Nigar Cabbarova, 37 yaşlı Xuraman Mehdiyeva, 18 yaşlı Nazənin Quliyeva və azyaşlı oğlandır. Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
“Məhkəmə qadağan etdi, amma söküntünü dayandırmadılar” – “PİLOT-16” ilə vətəndaş arasında QALMAQAL
Bakı şəhər sakini Quliyev Yusif Qulu oğlu “PİLOT-16” MMC-dən şikayətçidir. Bu barədə xeberde.az-a müraciət edən Y. Quliyev iddia edir ki, şirkət Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi 55 ünvanında yerləşən və həyat yoldaşı Məhbubə Quliyeva Əli qızının adına olan evini söküb: “Həmin fərdi yaşayış evinin 008011000691-10301 reyestr nömrəli, 17.03.2021-ci il tarixli çıxarışı var. Aramızda heç […]
Qadın hərbçinin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
Aprelin 14-də səhər saatlarında məzuniyyətdə olarkən Azərbaycan Ordusunun qadın hərbi qulluqçusu Şahverdiyeva İlahə Rəsul qızı idarə etdiyi şəxsi avtomobilində hərəkət zamanı baş vermiş avtoqəzada vəfat edib. xeberde.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə başsağlığı verib.
“Əmlak eksperti” olan saxta generala- 8 il 6 ay həbs verildi
Ötən ilin fevralında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi üzrə həbs edilən Mirdaməd Əzizova hökm oxunub. xeberde.az xəbər verir ki, 36 yaşlı Mirdaməd Əzizov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il 6 ay həbs cəzası […]
Əli Əsədov vacib QƏRAR imzaladı
Azərbaycanda müxtəlif uçuşların həyata keçirilməsi qaydaları təsdiq edilib. Nazirlər Kabineti “Hava gəmilərinin beynəlxalq uçuş əməliyyatlarının, məşq uçuşlarının və xüsusi xarakterli aviasiya fəaliyyəti ilə bağlı uçuşların həyata keçirilməsi Qaydaları”nı təsdiq edib. xeberde.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Həbs edilən sabiq məmurun şok əməlləri – 6.5 milyonluq fırıldaq
Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşı, 1983-cü il təvəllüdlü Vüsal Əliyevin məhkəməsi yekunlaşıb. xeberde.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə onun saxta əmək kitabçaları, şəxsiyyət vəsiqələri və digər sənədlər hazırlayaraq ayrı-ayrı vətəndaşlara əsassız olaraq güzəştli şərtlərlə ailə başçısını itirməyə və ya yaşa görə əmək pensiyalarının təyin olunmasına nail olması, nəticədə Əmək və […]
İmtahan nəticələri AÇIQLANDI
Dövlət İmtahan Mərkəzi tərəfindən 13 aprel 2025-ci il tarixində keçirilən Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri elan edilib. Bu barədə xeberde.az-a DİM-dən məlumat verilib. İmtahanda iştirak edənlər DİM-in saytı vasitəsilə nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər. İştirakçılar imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə […]