Sel suları Xaçmazın kəndlərinə ziyan vurub

Qudyalçay üzərindəki körpünün yararsız vəziyyətə düşməsi 10-a yaxın kəndin Xaçmazın rayon mərkəzi ilə əlaqəsini çətinləşdirib. xeberde.az-ın məlumatına görə, yağıntılı hava şəraiti ilə əlaqədar Qudyalçayda suyun səviyyəsinin qalxması Xaçmazın Xaspoladoba kəndində bir neçə yaşayış evi üçün ciddi təhlükə yaradıb. Sel sularının artması nəticəsində evləri qəzalı vəziyyətə düşən kənd sakinlərinin sözlərinə görə, yerli qurumlar tərəfindən çadırlarla təmin […]

Azərbaycanda yeni medal təsis edilir

Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalı təsis ediləcək. xeberde.az xəbər verir ki, bununla bağlı Milli Məclisə qanun layihəsi daxil olub. “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi parlamentin Hüquq siyasəti və […]

“Veysəloğlu” tərəfindən jurnalistlər arasında araşdırma müsabiqəsi keçirilir

Dəyərli media nümayəndələri! Məlum olduğu kimi, Veysəloğlu Şirkətlər Qrupu, Azərbaycan Mətbuat Şurası və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin birgə təşkilatçılığı ilə media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, televiziya və radio) nümayəndələri arasında “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda araşdırma müsabiqəsi keçirilir. Keçirilən müsabiqənin məqsədi ölkəmizdə orta və kiçik sahibkarlığın […]

MAXE olmaq istəyənlərlə görüş keçirildi – VİDEO

Milli Müdafiə Universitetinin tabeliyindəki hərbi təhsil müəssisələrində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olmaq üçün müraciət edən bir qrup vətəndaşla görüş keçirilib. Müdafiə Nazirliyindən xeberde.az-a verilən məlumata görə, namizədlərə “Çavuş hazırlığı kursu”nun mahiyyəti, təhsil prosesi və hərbi təhsil müəssisələrinin imkanları barədə ətraflı məlumat verilib. Görüşdə namizədlərə, həmçinin xidmət müddətində mövcud olan imtiyazlar, karyerada inkişaf və gələcəkdə […]

IV və VI siniflərdə təhsil alan şagirdlərin 98 faizi monitorinqdə iştirak edib

Ölkə üzrə ümumi təhsil müəssisələrinin IV və VI siniflərində təhsil alan şagirdlərin təxminən 98 faizi monitorinqdə iştirak edib. xeberde.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu məlumat verib. O bildirib ki, 17 və 18 may tarixlərində dövlət ümumi təhsil müəssisələrinin IV və VI sinifləri üzrə monitorinq keçirilib: […]

Qənirə Paşayevanın büstünü hazırlayan heykəltaraş: “Yaradıcılığımda rolu böyükdür”

Milli Məclisin mərhum deputatı Qənirə Paşayevanın büstü hazırlanıb. Büstün müəllifi heykəltəraş Elxan Zeynalovdur.  O, xeberde.az-a açıqlamasında bildirib ki, Qənirə Paşayevlə şəxsi əlaqələri olub: “Qənirə xanım yaradıcılıqda qalmağıma bilavasitə kömək etmiş şəxs olub. Hazırda Naxçıvanda işləyirəm. Mən Naxçıvana gələnə qədər Akademiyanı bitirdikdən sonra Bakı İstanbul Liseyində çalışmağa başladım. Orada mənə emalatxana verilmişdi. Emalatxanın bağlanması ucbatından mən özüm oradan ayrıldım. […]

Partlayış səsləri eşidiləcək – Müdafiə Nazirliyindən xəbərdarlıq

Pirəkəşküldə 19-23 may tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək. xeberde.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək: “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə […]

Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi – Yeni təyinat

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şamaxı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi işdən çıxarılıb.  xeberde.az xəbər verir ki, 2009-cu ildən sözügedən qurumun rəisi vəzifəsini tutan daxili xidmət polkovnik-leytenantı İbrəhimov Eyvaz Soltanpaşa oğlu vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.  Onun yerinə daxili xidmət mayoru Zahidov Alim Oktay oğlu təyin edilib. O, bundan əvvəl Ağsuda FHN-nin texnikalar üzrə rəisi […]

Veysəloğlu Şirkətlər Qrupu Asiya İnkişaf Bankının 58-ci illik toplantısında iştirak edib

Bugünlərdə İtaliyanın Milan şəhərində keçirilmiş Asiya İnkişaf Bankının (ADB) İdarəçilər Şurasının 58-ci İllik Toplantısında Veysəloğlu Şirkətlər Qrupu nümayəndə heyəti ilə iştirak edib. Tədbirdə Veysəloğlu Şirkətlər Qrupunu aşağıdakı şəxslər təmsil ediblər: Şirkətlər Qrupunun Baş Maliyyə Direktoru Könül Kərimova; Şirkətlər Qrupunun Maliyyə Nəzarəti və Xəzinədarlıq Direktoru Fərahim Hacıyev; “OBA” Marketlər Şəbəkəsinin Maliyyə Direktoru Nurlan İsmayılov; “Veysəloğlu” Distribusiyanın […]

Bakıda gecə leysan yağacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın 19-u axşam və 19-dan 20-nə keçən gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə xeberde.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.