İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun Müdirlər Şurasının sədri təyin olunub. Bu barədə xeberde.az-a nazirlikdən bildirilib. Bununla əlaqədar İİB Qrupunun Əlcəzairdə keçirilən İllik Toplantısı çərçivəsində ev sahibliyini təhvilalma mərasimi keçirilib. İİB Qrupunun 2026-cı ildə İllik Toplantısı Azərbaycanda təşkil olunacaq. M.Cabbarov İİB Qrupuna və üzv dövlətlərə ölkəmizə göstərilən yüksək etimada görə təşəkkür edib. O, […]
Author: Xeberal.az
Yatmazdan əvvəl yeyilən bu 3 məhsul yuxunuzu poza bilər
Qidalanma üzrə mütəxəssis Kayla Krouli yuxunu pozma ehtimalı yüksək olan üç qidanı açıqlayıb. xeberde.az “Daily Mail”ə istinadən xəbər verir ki, onun sözlərinə görə, yatmazdan əvvəl portağal, pomidor və qreyfrut yemək məsləhət görülmür. Bu meyvələrdəki turşuluq qida borusunun alt hissəsindəki klapanın boşalmasına səbəb olur və nəticədə turşu reflü (geri qayıdan mədə turşusu) yaranır ki, bu da yuxu […]
Müəllimlər bu hallarda 65 yaşdan sonra işləyə bilər
Təhsil sisteminin ən vacib sütunlarından biri müəllimlərdir. Onların pedaqoji təcrübəsi, dünyagörüşü və formalaşdırdığı nəsillərlə cəmiyyətə təsiri danılmazdır. Uzun illər eyni məktəbdə, eyni şagird tipi ilə işləyən müəllimlərin qazandığı praktik bilik və psixoloji dayanıqlıq onları təhsilin “sabit sütunu”na çevirir. Elə bu səbəbdən bir çox hallarda müəllimlərin 65 yaşı tamam olduqdan sonra da fəaliyyətlərini davam etdirmələrinə ehtiyac […]
Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri
Macarıstan Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il 26 dekabrda tanımışdır. Azərbaycanın Macarıstandakı səfirliyi 2004-cü il sentyabr ayında açılıb. Macarıstanın Azərbaycandakı səfirliyi isə 12 yanvar 2009-cu ildə təsis olunub. Azərbaycanla Macarıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 27-də qurulmuşdur. Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. İki respublika arasında olan təmaslar müntəzəm xarakter daşıyır. Azərbaycanla Maçarıstan dost […]
Daha bir məktəb direktorunun səsyazısı yayıldı – Araşdırma BAŞLADI
Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevaya məxsus olduğu iddia edilən səsyazısı yayılıb. xeberde.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan səsyazısında direktor vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə məktəbin müəllimi Lalə Şəfaqətovanı təhdid edərək keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyə məcbur edir. Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, səsyazısı ilə […]
Dövlət 5 banka yarım milyon depozit qoydu
21 may 2025-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib. Bu barədə xeberde.az-a Maliyyə Nazirliyindən bildirilib.Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 500 milyon manat həcmində sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə […]
Külək nə vaxt dayanacaq? – Tarix AÇIQLANDI
Mayın 21-i saat 17:00-a olan faktiki hava açıqlanıb. Bu barədə xeberde.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 25-28 m/s, Gəncədə 18 m/s, Sabirabadda 17 m/s, Kəlbəcərdə 16 m/s, Bərdə, Biləsuvarda 15 […]
“JEK” 31 ədəd qaloş alır
Neftçala rayon mənzil kommunal təsərrüfatı istehsalat birliyi xüsusi geyimlərin satınalınması ilə bağlı müsabiqə elan edib. xeberde.az xəbər verir ki, qurum bununla bağlı müqavilə imzalayacağı şirkətə 3.453,00 manat ayıracağını nəzərdə tutub. Belə ki, razılıq əldə olunduqdan sonra həmin müəssisədən ümumilikdə 1025 məhsul alınacaq. “JEK” əməkdaşları rezin botu, xalat, fəhlə jileti, fəhlə əlcəyi, fəhlə paltarı, çəkmə (botinka), qaloş […]
Kim Çen In Azərbaycan liderinə məktub göndərdi
Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen In Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xeberde.az xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə ölkənizin hökumətinə və xalqına təbriklərimi çatdırıram. Ümidvar olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq münasibətləri gələcəkdə də genişlənəcək və inkişaf edəcəkdir”.
Türkiyənin ordu generalı Bakıda – FOTOLAR
Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün ölkəmizdə səfərdə olan Türkiyə Quru Qoşunlarının 1-ci Ordu komandiri ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. xeberde.az xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayıb və onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan və Türkiyə arasında […]
