Məscid binasının layihələndirilməsi və tikintiyə başlanması da Hacı Mirhəmidin adı ilə bağlıdır Mirhəmid Mirheydər oğlu Həmidov! Bu ad Muğanda, Şirvanda, Şabran-Siyəzən bölgələrində çoxlarına doğmadır, tanışdır. Bu adın qazanılması ona heç də asan başa gəlməyib. Həyatın ağrılı-acılı, enişli-yoxuşlu, sevincli-kədərli günləri bütövlükdə böyük zəhmət bahasına başa gəlib, ərsəyə yetişib.Yüksək işgüzarlıq, işə yaradıcı münasibət onu əvvəlcə Dəvəçi rayon […]
Author: Xeberal.az
Qarabağda dövlət-özəl tərəfdaşlığının yeni mərhələsi: Veysəloğlu Şirkətlər Qrupu Qarabağ Forumunda strateji baxışını bölüşdü
2 iyun 2025-ci il tarixində Xankəndi şəhərində keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu azad edilmiş ərazilərdə təhsil, iqtisadiyyat və dövlət-özəl sektor əməkdaşlığının inkişafı baxımından əlamətdar hadisə oldu. Forum, Qarabağda dayanıqlı sosial-iqtisadi dirçəliş üçün strateji ideyaların, praktik həllərin və konkret təşəbbüslərin müzakirə olunduğu yüksək səviyyəli platforma kimi çıxış etdi.Tədbirin məqsədi – dövlət və özəl sektor arasında […]
Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı
Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı 2 iyun 2025-ci il tarixində Xankəndi şəhərində keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu çərçivəsində Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov ilə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov arasında Qarabağ Universitetinin 50 tələbəsini əhatə edən illik təqaüd proqramına […]
Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
Bizim yaşıl enerji gündəliyimiz çox genişdir. Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da bizim məsuliyyətimizi nümayiş etdirir. xeberde.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışında səsləndirib. Dövlət başçısı, həmçinin […]
“Narkotikə YOX!” çağırışı ilə futbol turniri uğurla başa çatdı
31 may 2025-ci il tarixində, saat 17:30-da Sumqayıt şəhərinin 17-ci mikrorayon ərazisində yerləşən Olimpiya Kompleksində “Regional Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə xüsusi və yaddaqalan bir tədbir keçirildi. 24 il öncə keçirilmiş ənənəvi futbol turniri bu dəfə “Narkotikə YOX!” devizi ilə yenidən həyata qaytarıldı.Tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, asudə vaxtın […]
Bu valyutalar BAHALAŞDI
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. xeberde.az xəbər verir ki, avronun məzənnəsi 0,9 % artaraq 1,9286 manat, 100 Rusiya rublunun məzənnəsi isə 3,5 % artaraq 2,2033 manat təşkil edib.
Tailandda pələng turistə hücum etdi
Tailandın Phuket adasında yerləşən “Tiger Kingdom” zooparkında pələng, onunla şəkil çəkdirmək istəyən hindistanlı turisti yaralayıb. xeberde.az “SHOT” Telegram kanalına istinadla yaydığı məlumata görə, zooparkda ziyarətçilərə heyvanlarla yaxın təmasda olmaq və onları sığallamaq imkanı verilir. Hadisə zamanı pələng turistə hücum edib, lakin o, yüngül xəsarətlərlə xilas olub. Hücum anı isə ətrafdakılar tərəfindən videoya çəkilərək sosial şəbəkələrdə […]
Hava şəraiti kəskin dəyişəcək – bu tarixdən
Leysan yağacaq, dolu düşəcək, bəzi çaylardan sel keçəcək. İyunun 2-si gündüzdən 4-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyunun 2-si axşam şimal və qərb rayonlarından başlayaraq 5-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. xeberde.az xəbər […]
SON DƏQİQƏ! Cəzaçəkmə müəssisəsi çökdü: Məhkumlar uçqunun altında qalıb
Qaradağ rayonunda 12 saylı cəzaçəkmə müəssisəsində bina çöküb. xeberde.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə bu gün gündüz saatlarında Ədliyyə Nazirliyinin Qaradağ rayonu 12 saylı cəzaçəkmə müəssisəsində korpuslardan biri çöküb. Hadisə zamanı məhkumlar arasında ölən və yaralananların olduğu idda edilir.
Araz Musayevin bıçaqlanmasına görə 6 nəfər həbs edildi
Antalyanın Kəmər rayonunda Azərbaycan Muaytay Federasiyasının prezidenti Araz Musayevin (48) bıçaqlanması ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 8 şübhəlidən 6-sı həbs edilib. Kemer Respublika Prokurorluğunun göstərişi ilə Antalya Jandarma Komandanlığı tərəfindən başladılan araşdırma çərçivəsində A.R. və K.K. hadisə baş verən gün Antalya Hava Limanında saxlanılıb, Rusiyaya getdiyi müəyyən edilən və barəsində qırmızı bülleten çıxan Eynullah […]
