Xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub. Bu barədə xeberde.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirlər arasında Azərbaycan-Pakistan tərəfdaşlığından irəli gələn məsələlər, ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə olunub. Ali və yüksək səviyyədə qarşılıqlı səfərlərin artan dinamikasından məmnunluq ifadə […]
Author: Xeberal.az
Türkiyədə güclü zəlzələ oldu – SON DƏQİQƏ
Türkiyənin Çanaqqala vilayətinin Gökçeada sahillərində yeraltı təkanlar qeydə alınıb. xeberde.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) özünün “X” sosial platformasında paylaşıb. Verilən rəsmi məlumata əsasən, 5.2 bal gücündə olan zəlzələnin episentri Yunanıstan ərazisindəki Ayion Oros bölgəsində yerləşib. Yeraltı təkanların Gökçeada adasından təxminən 130 kilometr məsafədə və 7 kilometr […]
Rusiyada zavod VURULDU: Ərazini alov BÜRÜDÜ
Şənbə günü, iyunun 7-də Ukrayna Silahlı Qüvvələri Rusiyanın Nijni Novqorod vilayətində yerləşən bitum zavoduna zərbələr endirib. xeberde.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. “Nijni Novqorod vilayətinin Kstovo şəhərinin sənaye zonasında yanğın söndürülür, bitum çənləri yanır, 100 kvadratmetr əraziyə bitum dağılıb”. İlkin məlumata görə, pilotsuz uçuş aparatının zərbəsindən sonra müəssisənin ərazisində […]
Gədəbəydə DƏHŞƏT: Qayın gəlinin üzünə kəsici alətlə xəsarət yetirdi
Gədəbəydə qayın gəlinin üzünə kəsici alətlə xəsarət yetirib. xeberde.az-ın məlumatına görə, 1967-ci il təvəllüdlü Əminə Tağıyeva üz nahiyəsindən kəsici alətlə bir neçə xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır. Hadisəni törətməkdə qadının qaynı şübhəli bilinir. Faktla bağlı araşdırma aparılır.
Valideynlərin qızıl üzük verdiyi müəllimlə bağlı QƏRAR
Tovuz rayonunda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib. Bu barədə xeberde.az-a Elm və Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümumtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılıb: “Bu video mayın 24-də qeyri-iş günü məktəbdənkənar ərazidə çəkilib, […]
“Xarı bülbül”də dava: Nişanlısı ilə qeyri-etik hərəkətlər etdi və… – TƏFƏRRÜAT
Sumqayıt şəhərində restoranda dava olub. xeberde.az-ın əldə etdiyi xəbərə görə, hadisə Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən “Xarı bülbül” restoranında keçirilən toy məclisində baş verib. Məclisdə Vasif adlı şəxs özünün 2004-cü il təvəllüdlü Murad Məstalıyev və Sənan Şahməmmədov tərəfindən döyülməsi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib. Müraciət üzrə təhqiqatçılar araşdırma aparıb. Araşdırma zamanı hər […]
Qarayevlər ata-bala 2 kanalda qara siyahıya düşdü
Müğənnilər Elşad Qarayevlə Rəvan Qarayev ARB TV və Kanal S-də qara siyahıya düşüb. xeberde.az xəbər verir ki, Rəvanın Mikayıl Güləddinoğlunun Kanal S-də yayımlanan verilişinə getməməsi buna səbəb olub. Rəvanla danışılsa da, o, xəbər etmədən efirə çıxmayıb.
Paşinyan və Akopyan Qarakilsədə – FOTO
Ermənistanın baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan yenidən Qərbi Zəngəzura (Sünik) gediblər. xeberde.az bu barədə erməni mediasına istinadən xəbər verir. Paşinyan sosial şəbəkədə onların Qarakilsəyə (Sisian) helikopterlə gəldiklərini əks etdirən video yayımlayıb. Qarakilsədə onları qarşılayanlar arasında Xüsusi Ordu Korpusunun komandiri də olub. Son ayda Nikol Paşinyan üç dəfə Zəngəzur bölgəsinə səfər edib.
Bu rayonda əməliyyat keçirildi – Saxlanılanlar var
Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb, 900-ə yaxın çətənə kolu aşkarlanaraq götürülüb. Bu barədə xeberde.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Bildirilib ki, keçirilən əməliyyat nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan Mətləb Məmmədov saxlanılıb. Onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 621 ədəd çətənə kolu və 500 […]
Bir deyil, 9 fələk olduğunu bilirdizmi: Bədənimizdəki 9 kosmik qapı – SİRLİ BİLGİLƏR
İnsan bədəni yalnız maddi deyil, həm də metafizik və kosmik məna daşıyan bir quruluşdur. Ənənəvi İslam fəlsəfəsində, xüsusən də sufi və batini təlimlərdə “9 fələk” anlayışı ilə insanın bədənindəki “9 çıxış nöqtəsi” arasında güclü bir əlaqə qurulur. Bu baxışa görə, insan bədəni bir növ kiçik kainatdır (əl-insan əl-kəbir) və göylərdəki hər bir fələk bədəndə öz […]
