Tovuzda bıçaqlanma hadisəsi baş verib. xeberde.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini 1998-ci il təvəllüdlü N.Hüseynov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, hadisə rayonda yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Hadisənin başvermə səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Author: VUQAR FERZELIYEV
Sayt rəhbərinin işi məhkəməyə göndərildi
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən sayt rəhbəri Coşqun Abdullayev və tanışı Natiq İmamalıyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. xeberde.az xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Xaliq Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası 4 dekabra təyin edilib. Qeyd edək ki, ittihama görə, təqsirləndirilən şəxslər Zərdab rayonunda bir nəfərdən barəsində […]
Sülh planında 9 maddə LƏĞV EDİLDİ
ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə sülh planı 28 bənddən 19-a endirilib. xeberde.az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb. Mənbələr hansı məsələlərin sülh planından çıxarıldığını dəqiqləşdirməyiblər. Qeyd edək ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksandr Bevz bildirib ki, Cenevrədə keçirilən danışıqların nəticələrinə əsasən, 28 bəndlik sülh planı artıq əvvəlki formasında mövcud […]
MDB liderləri gələn ay görüşəcək
“MDB-nin Yeni il öncəsi ənənəvi qeyri-rəsmi sammiti bu il dekabrın 21-22-də Sankt-Peterburqda keçiriləcək”. xeberde.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib. Onun sözlərinə görə, bu qeyri-rəsmi görüşdən əlavə, Ali Avrasiya İqtisadi Şurasının iclası da keçiriləcək.
Şanlı zəfərin təcəssümü – 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Biz – bu torpaq uğrunda həyat yoldaşlarını və övladlarını şəhid vermiş ailələr hər il Kəlbəcər şəhəri gününü xüsusi qürur və kövrəkliklə qarşılayırıq. Kəlbəcər bizim üçün hər qarışı şəhid qanı ilə yoğurulmuş müqəddəs bir əmanətdir. “Kəlbəcər” toponimi qədim türk dilində “çay üstündə qala” deməkdir. Bu qədim diyar minilliklər boyunca türk mədəniyyətinin, atəşpərəstliyin, xristianlığın və VII əsrdən […]
Elçin Ağamalı atası ilə görüşə bilmir: qarşı tərəf qaçır
Ana Vətən Partiyasının (AVP) yeni sədri seçildiyini iddia edən Elçin Ağamalı bir neçə gün öncə Salyan və Neftçala rayon təşkilatından olan 44 nəfərin üzvlükdən azad olunmağa dair müraciət etdiyini bildirib. “Partiyamızın son qurultayından sonra sıravi üzvlərimiz arasında qeyri-müəyyənlik və narazılıq dalğası meydana gəlib. Bunun nəticəsi olaraq Salyan və Neftçala rayon təşkilatından olan 44 nəfər üzvlükdən azad […]
Safurə mərhum qayınatasını bu paylaşımla yad etdi – FOTOLAR
“Avroviziya” təmsilçilərimizdən olan Safurə Əliyeva mərhum energetika naziri, qayınatası Natiq Əliyevlə bağlı paylaşım edib. Müğənni qayınatasının ad günü olduğunu bildirib. Şəkillərdən biri Safurənin nişan günü lentə alınıb. Safurə Əliyeva şəkillərə ürək emojisi qoyub. Qeyd edək ki, Safurə N.Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün 3 övladı var. N.Əliyev 2017-ci ildə vəfat edib. (Axşam.az)
Azərbaycanda bu şəxslər cərimələnəcək
İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə cərimə tətbiq olunacaq. Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin bugünkü videokonfrans formatında birgə iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, internet informasiya ehtiyatından və ya informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə […]
1 ay əvvəl ana olan aktrisa boşanır
Türkiyəli aktrisa İrem Helvacıoğlu boşanır. Bu barədə türk mediası məlumat yayıb. Bildirilib ki, aktrisa həyat yoldaşı Ural Kasparla boşanmaq qərarı alıb. Qeyd edək ki, ötən il evlənən cütlüyün 1 aylıq Sora adlı qızları var.
Saat 10:00-da işıq kəsiləcək – Bu ərazilərdə
Bu gün Biləsuvarın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. xeberde.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 3.2 mVA gücündə transformatorda təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək rayonun Nərimankənd qəsəbəsi və Səmədabad kəndində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra yaşayış […]










