Daha bir beynəlxalq şirkət Azərbaycanda inflyasiya proqnozu verdi Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycanda 2025-ci il üçün ortaillik inflyasiyanı 5.3% səviyyəsində proqnozlaşdırır. xeberde.az xəbər verir ki, əvvəlki proqnozla müqayisədə gözləntilər 0.1 faiz bəndi artıb. Bank analitikləri III rübdə inflyasiyanın 4.6% (0.1 faiz bəndi artım), IV rübdə isə 4.8% (+ 0.1 faiz bəndi) […]
Author: VUQAR FERZELIYEV
Azərbaycanda bir universitet təhsil haqqını ARTIRDI
Ali təhsil müəssisələrinə ixtisas seçimi prosesi yaxınlaşdıqca, həm məzunları, həm də onların valideynlərini düşündürən mühüm məsələlərdən biri də təhsil haqlarıdır. Ödənişli plan yerləri üzrə təhsil haqlarının məbləğinin dəyişməsi bəzi tələbələrin təhsil planlarına, maliyyə imkanlarına və gələcək perspektivlərinə də birbaşa təsir edir. xeberde.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Mətbuat Xidmətindən “Azərbaycan müəllimi”nə bildirilib ki, 2025/2026-cı […]
Trampın ABŞ universitetində çıxışı böyük etiraza səbəb oldu
ABŞ prezidenti Donald Trampın iyulun 15-də Karnegi Mellon Universitetində keçirilən Enerji və İnnovasiyalar Sammitində çıxışı böyük etiraza səbəb olub. xeberde.az Axios portalına istinadən xəbər verir ki, ötən həftə 1500-ə yaxın tələbə və universitet işçisi Trampın sammitdə çıxış etməsi qərarının yenidən nəzərdən keçirilməsini tələb edən petisiya imzalayıb. Onlar bir saatdan çox Trampa və polisə qarşı şüarlar səsləndiriblər. […]
Azərbaycanda xərçəng əleyhinə peyvənd tətbiq olunacaq?
“Dünyada insanları xərçəngdən qoruyan mühüm peyvəndlərdən birinin Azərbaycanda da tətbiqi ilə bağlı danışıqlar aparılır”. xeberde.az bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı media nümayəndələri ilə görüşdə bildirib. Söhbət HPV peyvəndindən gedir. HPV peyvəndi dünyada uşaqlıq boynu xərçənginə səbəb olan papiloma virusuna qarşı 2006-cı ildən bəri tətbiq olunur. Hande Harmancı deyib ki, […]
Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
İlin ilk yarısında Azərbaycanda ümumilikdə 25 qida zəhərlənməsi hadisəsi baş verib. Bu barədə musavat.com-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib. Agentliyin məlumatına görə, zəhərlənmə hadisələrində ümumi 162 zərərçəkən olub: “Təsdiqlənmiş qida zəhərlənmələrindən 15-i məişət zəminində, 10-u ictimai iaşə müəssisələrində baş verib. Baş verən hadisələrə əsas səbəb sanitar-gigiyenik qaydalara riayət edilmədən məhsulun hazırlanması və istehlakıdır”. AQTA-dan bildiriblər ki, […]
Bu yay axır ki, pul üzü görəcək bürclər – Gözlənilən bolluq gəlir!
2025-ci ilin yay ayları (iyul-avqust) bəzi bürclər üçün maddi baxımdan gözlənilən qapıları açacaq. Uzun müddət gözləyən, zəhmət çəkən, lakin qarşılığını ala bilməyən bu bürclər nəhayət ki, pulun dadını çıxaracaq. Budur bu yay axır ki, pul üzü görəcək 5 əsas bürc: Qız Zəhmətiniz və dəqiqliyiniz bu yayda nəticəsini verəcək. İş dəyişiklikləri, əlavə gəlir və ya yeni […]
MMA döyüşçüsü güllələndi
Rusiyanın Dağıstan respublikasında iki silahlı şəxs rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə sui-qəsd cəhdi edib. Atışma Mahaçqalanın Daniyalov küçəsində baş verib. Hücum anı həyət kameralarına düşüb. Kadrlarda iki naməlum maskalı şəxsin arxadan idmançıya tərəf qaçaraq azı beş dəfə atəş açması görünür. Bundan sonra hücum edənlər ağ rəngli “Priora”da qaçıblar. Yaralının vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur. […]
Nadir xəstəlik gəncin həyatını kabusa çevirdi – Hərəkət edə bilmir
Dünyada yalnız 300 nəfərdə rast gəlinən nadir tibbi sindrom Almaniyada yaşayan bir gənc qadının həyatını dəyişib. 22 yaşlı qadının döşləri qısa müddət ərzində anormal şəkildə böyüyərək hər biri 6 kiloqrama, ümumilikdə isə 12 kiloqrama çatıb. Bu hal həkimlər tərəfindən gigantomastiya adlandırılan və dünyada çox az insanda görülən nadir bir xəstəlik kimi qiymətləndirilir. Mütəxəssislərin sözlərinə görə, […]
Etiqatın ilk addımı … NİYƏ?
NİYƏ? Bu sual həyatımızın hər anında, hər addımında uğur qazanmağın, maddi və mənəvi qazancın əldə olunmasında başlıca faktordu. İnsanın peşə seçimində, təhsildə ixtisas seçimində NİYƏ? sualına cavab verə bilməyi, öz sahəsində , addımladığı yolda yoluna işıq tuta bilməyi deməkdir.Mən NİYƏ? müəllim olmalıyam?, mən NİYƏ həkim olmalıyam?Özünə verdiyi NİYƏ? sualına cavab verə bilən insan tutduğu yolda […]
Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBƏRDARLIQ
İyulun 16-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən xeberde.az-a verilən məlumata görə, Abşeron yarımadasında durğun və qızmar diskomfort hava şəraiti gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir. Günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.










