Cəmiyyət

Tutarlı diplomatik gediş

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibə verib.Avropa Parlamenti tərəfindən daimi tənqidinə münasibətiniz və reaksiyanız barədə telekanalın müxbirinin sualına Prezident İlham Əliyevin cavabı konkret, diplomatik və tutarlı olub: “Biz artıq buna reaksiya vermirik”.Prezident izah edib ki, bəli, biz reaksiya verməyi dayandırmışıq. Keçmişdə biz reaksiya verirdik. Aydındır ki, Azərbaycana […]

Cəmiyyət

Böyük zəhmət, gərgin fəalliyyət, dəyərli mükafat

Prezident İlham Əliyev 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb. Davosda “Euronews” televiziyasına müsahibəsində bu barədə təəssüratını bölüşməyi xahiş edən müxbirin sualına cavabda dövlətimizin başçısı deyib ki, belə nüfuzlu mükafatı almaq böyük şərəfdir.. Xüsusən də o, Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyır.Bu mükafat bütün Azərbaycsan vətəndaşlarını olduqca sevindirir. Bunun arxasında […]

Cəmiyyət

Qanlı Yanvar qırğını.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub. Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət, […]

Cəmiyyət

“Bakı əməliyyatı”

   “Bakı əməliyyatı”na rəhbərlik birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin və SSRİ DTK sədrinin müavini Filip Babkov tərəfindən həyata keçirilirdi. Əməliyyatın hazırlanması və icrası zamanı beynəlxalq hüquq normaları və insan haqları kobud şəkildə pozulmuşdur. Tətbiq edilən fövqəladə vəziyyət haqqında əhali əvvəlcədən xəbərdar edilməmiş, bu isə dinc insanların təhlükəsizliyini tamamilə […]

Cəmiyyət

Məkrli niyyətlərin ifşası.

Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsi tarixində 20 Yanvar faciəsi qanla yazılmış, milli iradənin sarsılmazlığını nümayiş etdirən şanlı səhifələrdən biri sayılır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının hərbi-siyasi rəhbərliyi tərəfindən Bakıda və respublikanın bir sıra bölgələrində dinc əhaliyə qarşı törədilən kütləvi qırğın, əslində, xalqın azadlıq istəyini boğmağa yönəlmiş məkrli niyyətlərin açıq təzahürü […]

Cəmiyyət

İnsanlıq əleyhinə öncədən planlaşdırılmış cinayət.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələrinin və zirehli texnikasının Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox şəhər və rayonlarına yeridilməsi nəticəsində beynəlxalq hüquq normaları kobudcasına pozulmuşdur.  Həmin tarixdə öz torpaqlarının, milli mənliyinin müdafiəsinə qalxmış çoxmillətli xalqımıza qarşı insanlıq əleyhinə cinayət törədilib.        Sovet qoşunlarının təcavüzü nəticəsində yaşından, cinsindən və milliyyətindən […]

Cəmiyyət

Xalqın mətanəti, qalib iradəsi

Təqvimdə Azərbaycanın azadlıgı və ərazi bütövlüyü ugrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmus qanlı 20 Yanvar hadisələrinin növbəti 36-ci ildönümüdür.1990-cı ilin yanvar ayında M.Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda vəziyyətin öz məcrasından çıxdığını və hakimiyyətin təhlükədə olduğunu bəhanə edərək qoşunun yeridilməsi üçün müxtəlif dezinformasiyalar yayırdı. Guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, hakimiyyətin […]

Cəmiyyət

Tarixi istiqlal prosesinə təkan vermiş hadisə

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq otuz altı il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdəndir. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın […]

Cəmiyyət

Qeyri-insani maraqlar naminə törədilmiş cinayət.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Hər il yanvarın 19-20-də Azərbaycan vətəndaşları vətənin istiqlaliyyəti uğrunda şirin canlarından keçən həmyerlilərini xatırlayırlar.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Azərbaycan xalqının SSRİ-dən […]