Vəzirov-Mütəllibov rejimi, daha sonra Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışıb

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra ölkədə problemlərin yaşanması başlandı. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. İstefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq […]

Müstəqilliyin ilk illəri

Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının ilk illərində mürəkkəb beynəlxalq və daxili şərait yarandı. Keçmiş SSRİ yeni qurum yaratmağa çalışır, qonşu xəyanətkar Ermənistan Azərbaycan ərazilərində separatçılıq və işğalçılığı genişləndirirdi, daxildə hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycan xalqının tarixində yeni dövr başlandı. 1991-ci il sentyabrın 5-də SSRİ xalq deputatlarının V qurultayı keçid dövrünün hakimiyyəti haqqında Konstitusiya Qanunu qəbul etdi […]

Gələcək münasibətlərin məzmunu

      2021-ci il 15 iyun tarixində imzalanmış Şuşa Bəyannaməsi ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Rəmzi məna. Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq deyib: “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi […]

Sarsılmaz müttəfiqlik münasibətləri

       2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması hər bir Vətən övladına qürurverici hisslər yaşadıb. Bu hadisə xalqımızda nə qədər xoş duyğular oyatdısa, bir o qədər də düşmənlərimizi xar elədi.           Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti […]

Qardaşlıq münasibətlərinin ən yüksək təzahürü

       Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədi olduğunu bir daha dünyaya bəyan etdi. Dövlət başçıları bu tarixi sənədi münasibətlərin yeni mərhələsi üçün yol xəritəsi kimi qiymətləndirdilər.        Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri zəminində qurulan əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. İkitərəfli əlaqələrdən bəhs edərkən ölkələrimiz arasındakı […]

 Revanşist qüvvələrə vacib mesaj

      2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə dövlətimizin gücünü nəinki düşmənə, həm də bütün dünyaya göstərdi. Böyük Zəfərimiz ordumuzun yenilməzliyini, xalqımızın əzmkarlığını, xalq, ordu və iqtidar arasındakı monolit birliyi bir daha sübut etdi. Əslində, bu Zəfər Ali Baş Komandanımızın […]

Şuşa Bəyannaməsi iki qardaş xalqın birliyinin rəmzidir

        Respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi naminə “Dəmir yumruq” əməliyyatı ilə başlanan müharibədə qazandığımız möhtəşəm Qələbə xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, rəşadətli Azərbaycan Ordusunun qüdrətinin, Azərbaycan Prezidentinin, Müzəffər Ali Baş Komandanımızın siyasi iradəsinin, qətiyyətinin, dəmir yumruğunun və əlbəttə, qardaş Türkiyə dövlətinin başçısı cənab Rəcəb Tayyib Ərdoğanın, o cümlədən hər bir […]

Strateji əhəmiyyətli Şuşa Bəyannaməsi 

       Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən uca zirvəsinə yüksəlib. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər ortaq dəyərlərə, sıx bağlara malik olması ölkələrimizi həmişə bir-birinə yaxın edib. Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal altındakı torpaqların düşməndən azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımızın hər bir nümayəndəsi tərəfindən […]

Qurtuluşumuzun bəhrələri möhtəşəmdir

       Müstəqil dövlət, azad məmləkət! Milli Qurtuluşumuzun ən böyük bəhrəsi budur. Belə bir ölkənin vətəndaşı olmaq nə qədər şərəflidir! Məhz bu səbəbdən xalqımızı ağ günlərə çatdırmış Milli Qurtuluş günündə deməyə sözümüz olduqca çoxdur. Belə bir vaxtda ulu öndərimiz Heylər Əliyevi xatirimizə gətiririk. Ümummilli liderimiz sözün əsil mənasında Azərbaycanın ən yeni tarixinin yaradıcısı, müstəqil dövlətimizin memarı, […]

Vətən və xalq naminə fədakarlıq

         Bütün şüurlu həyatını ölkəmizin çiçəklənməsinə həsr etmiş Heydər Əliyevin müqəddəs Qurtuluşun işığından qaynaqlanan ideyaları artıq neçə illərdir ki, uğurla həyata keçirilir. Bu ideyaların ən başlıca məqsədi xalqa, dövlətə sədaqətlə xidmət etmək, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına nail olmaqdır. Tarixi baxımdan o qədər də böyük olmayan son illər ərzində dövlətimizin sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında misilsiz dəyişikliklər […]