Prezident İlham Əliyev cari ilin 4 iyul tarixində Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə sammitində çıxış edib. Dövlət başçısı bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə sammiti ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafı və rifahı naminə yeni əməkdaşlıq imkanları ətrafında faydalı fikir mübadiləsi aparmaq və səyləri əlaqələndirmək üçün açıq və səmərəli müzakirələrin aparılması üzrə beynəlxalq […]
Author: Xeberal.az
Özbəkistan idman sahəsində yeni uğurlar əldə edir.
Özbəkistan idman tarixində mühüm bir nailiyyətə imza atıb. Futbol üzrə Özbəkistan milli komandasının dünya çempionatının final mərhələsinə vəsiqə qazanması ölkənin idman sahəsində qazandığı uğurların məntiqi davamıdır. Bu nəticə yalnız bir oyun qələbəsi deyil, uzunmüddətli inkişaf siyasətinin və ardıcıl idman strategiyasının parlaq göstəricisidir.Mütəxəssislərin fikrincə, bu nailiyyət Özbəkistanda idmanın müxtəlif sahələrinə, xüsusən də gənclərin fiziki tərbiyəsinə göstərilən […]
Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik
Özbəkistanın beynəlxalq arenada imicinin ildən-ilə artmasına, iqtisadi potensialının güclənməsinə, sosial həyatın bir çox məsələsinin həll olunmasına şadıq. Bütün bunlar Prezidentin, Özbəkistan rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir. Bunların hamısı konkret proqramlarda da öz əksini tapır. Dost və qardaşlar olaraq, biz buna ürəkdən sevinirik. Bu gün sahə nazirlərinin qarşılıqlı fəaliyyətimizin müxtəlif istiqamətləri üzrə hesabatları dinlənildi. Biz bu gün […]
Bakının ən gözəl yerində “Özbəkistan” parkı açılacaq
İyulun 2-si Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gün oldu. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçdi. Həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektri müzakirə edildi, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqləndi. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən […]
Dostluğun və qardaşlığın parlaq təzahürü
Bu gün Azərbaycan və Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlətlərdir. Azərbaycan Prezidentinin ilk dövlət səfərini Özbəkistana etməsi ikitərəfli münasibətlərin yüksək səviyyəsinin, xalqlarımızın dostluğunun və qardaşlığının əyani təzahürüdür.Vətən müharibəsində Azərbaycanın öz ərazilərini erməni işğalından azad etməsindən sonra ölkəmizin regionda və dünyada nüfuzu daha da artıb. […]
Əməkdaşlığın üfüqləri genişlənir
Prezident İlham Əliyevin 2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat, Azərbaycan və Özbəkistan dövlət rəsmilərinin qəbul etdikləri qərarlar, imzalanmış sənədlər gələcək fəaliyyətimizin yol xəritəsidir. Orada həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib. Özbəkistan və Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi dövlətlərarası əlaqələrin növbəti […]
Tarixi köklər xalqları birləşdirən ən vacib amildir
Özbəkistan Prezidenti Şavkat Mirzyoyevin Azərbaycana səfəri bir daha onu göstərir ki, iki ölkə arasındakı münasibətlər Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində çox yüksək səviyyədə qurulmuşdur. Səfər çərçivəsində imzalanmış sənədlər mövcud potensialdan faydalanmaq üçün zəmin yaradır. Azərbaycanın oxşar kökə bağlı türkdilli dövlətlərlə çox uğurlu əməkdaşlıq tarixçəsi var. Türkdilli xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix […]
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
Prezident İlham Əliyevin 2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda deyildiyi kimi, ötən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanmışdır. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Artıq iki ildir ki, bunu hər iki ölkə rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, […]
Strateji xarakterli səfər
İyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirzyoyevin Azərbaycana dövlət səfəri təkcə iki ölkə rəhbərinin niyyətlərinin sübutu deyil, həm də qardaşlıq, dostluq münasibətlərinin möhkəm təməlinin təsdiqidi. Prezident İlham Əliyev səfər zamanı mətbuata bəyanatla çıxış edib. Dövlətimizin rəhbəri vurğulayıb ki, Özbəkistan xalqı Heydər Əliyevin özbəklərə, Özbəkistana münasibətini çox yaxşı bilir. Səfər zamanı Bakıda ÖzDaşkənddə Heydər Əliyev Meydanının açılışının […]
“8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır
2024-cü il iyunun 24-də Dövlət Başçısı cənab İlham Əliyevin iştirakı ilə açılışı baş tutan “8 Noyabr” Elektrik Stansiyası ölkənin enerji sahəsində mühüm nailiyyətlərindən biri kimi tarixə düşdü. Bu layihə Azərbaycanın enerji təhlükəsizliyinin gücləndirilməsi, bərpaolunan enerji potensialının daha səmərəli şəkildə istifadəsi və ölkəmizin qlobal enerji bazarında mövqeyinin daha da möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Güc […]








