Cəmiyyət

Tarixlər şahidi Qubadlı

Azərbaycanın dilbər guşələrindən olan, atlas geyimli dağların qoynunda yerləşən Qubadlı bu günümüzə tarixin keşməkeşli yollarından keçib gəlmişdir. Qubadlı torpağına səpələnmiş tarixin daş yaddaşları-abidələr uzaq-uzaq keçmişlərdən xəbər verir. Qubadlı tarixi abidələrlə zəngin yurd yerlərimizdən biridir. Onun adı bir mənbəyə görə dörd əsr bundan əvvəl yaranmışdır. Qubadlı XVI əsrin sonunda Azərbaycana köçmüş səlcuq türklərinə mənsub Qubad nəslinin […]

Cəmiyyət

Qubadlının azad olunduğu gün tarixə yazıldı

Azərbaycanın Silahlı Ordusunun 2020-ci ilin payızında apardığı 44 günlük Vətən müharibəsi nəticəsində 25 oktyabr tarixində Qubadlı şəhəri işğaldan azad edildi. Qubadlı 1993-cü il avqustun sonlarında artıq ermənilərin mühasirəsinə düşmüşdü. Cəbrayılın axırıncı kəndləri – Çullu, Maşanlı və Dağtumasın da düşmən əlinə keçməsi təhlükənin yaxınlaşdığını göstərirdi. Gah Qafan, gah Gorus, gah da Laçın rayonu istiqamətlərindən hücumlar olurdu. […]

Cəmiyyət

Azərbaycan hərb sənətinin uğurlarından biri

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan ordusu da bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda […]

Cəmiyyət

Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 25 oktyabr – Qubadlı şəhəri günü kimi təsis edilib. Qubadlı rayonu 1933-cü ildə yaradılmışdır. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayon ilə birləşdirilmiş, 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. 800 kvadrat kilometr ərazisi olan bu dağ rayonunun mərkəzi Qubadlı şəhəridir. Şəhər Bərgüşad çayının hər iki sahilində yerləşir. Rayon 31 […]

Cəmiyyət

Odlar diyarının qəhrəmanlıq qalası

Qubadlı rayonu Azərbaycan Respublikasının cənub qərbində yerləşir. Səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri […]

Cəmiyyət

Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstan günü-gündən inkişaf edir.

Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident cənab İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də […]

Cəmiyyət

Azərbaycan ilə Qazaxıstan arasında investisiya əməkdaşlığı möhkəmlənir

“Azərbaycan ilə Qazaxıstan arasında investisiya əməkdaşlığı möhkəmlənir”. Prezident İlham Əliyev Qazaxıstanın “Kazinform” agentliyinə müsahibəsində bildirib.    “Azərbaycan ilə Qazaxıstan arasında investisiya əməkdaşlığı möhkəmlənir: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. Bu göstəricilər tərəflərin uzunmüddətli tərəfdaşlığa və davamlı inkişafa qarşılıqlı marağını nümayiş etdirir”, – deyə dövlətimizin başçısı əlavə edib. Miriyeva […]

Cəmiyyət

Milli və dini-tarixi abidələr.

 XIX əsrin əvvəllərində Qafqazın Çar Rusiyası tərəfindən işğalından sonra yeni inzibati ərazi bölgüsü həyata keçirimişdir. Bu bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib. Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. Çar Rusiyasının havadarlığı ilə 1905-1907 və 1914-1920-ci illərdə […]

Cəmiyyət

17 Oktyabr – Füzuli şəhəri günü

   Beş il əvvəl – 2020-ci il oktyabrın 17-si hərb tariximizə növbəti Qələbə təqvimi kimi həkk olundu. Vətən müharibəsinin 21-ci gününə təsadüf edən həmin tarix Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gündür. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli Şəhəri […]