Araşdırmalara görə, kasıb insanların hər gün bir yeri ağrıyır.
xeberde.az xəbər verir ki, bu barədə beynəlxalq “Social Science & Medicine” elmi jurnalında məqalə dərc olunub.
Araşdırma zamanı “Gallup World Poll”un 2009-2018-ci illəri əhatə edən sorğususunun nəticələrindən istifadə edilib.
Sorğu ümumilikdə 146 ölkədən olan 1.3 milyon insanı əhatə edib.
Araşdırma fiziki ağrı ilə iqtisadiyyatın vəziyyəti arasındakı əlaqəni öyrənmək məqsədilə keçirilib.
Təhlillər göstərir ki, iqtisadi yavaşlama dövründə fiziki ağrı artmağa, genişlənmə dövründə isə azalmağa meyllidir.
Araşdırmaya görə, iqtisadiyyatın çökməsində fiziki ağrı çəkənlər kişilərdən daha çox qadınlardır.
Son nəticədə onu demək olar ki, varlılar orta hesabla kasıblardan daha az ağrı çəkir.




