Araşdırma

“Premium Clinic”in lisenziyasız fəaliyyət göstərib: Həkimlər tibbi sertifaktsız çalışıb

Səhiyyə Nazirliyi Bakıda fəaliyyət göstərən “Premium Clinic”də plandankənar yoxlama keçirib.

media-prr

Xeberde.az Teleqraf-a istinadən məlumat verir ki, özəl klinikada yoxlama keçirilən zaman lisenziyadan kənar (ginekoloji iş stasionar) tibb fəaliyyətin və sertifikatsız tibb fəaliyyətinin təşkil olunması aşkar edilib.
Nazirlik İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrinin tələblərini pozduğu üçün klinika barədə inzibati protokol tərtib edərək Nəsimi Rayon Məhkəməsinə göndərib.
Məhkəmənin qərarına əsasən, “Premium Clinic” 6000 manat məbləğində cərimələnib.
Qeyd edək ki, “Premium Clinic”in təsisçi direktoru Mübariz Nağıyevdir. Sözügedən klinika oktyabr ayında ora müalicə üçün yollanan qadının ölümü ilə gündəmə gəlmişdi.

Xeberde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir