Bir çox xəstəliyin müalicəsi üçün nəcisdən kapsul hazırlandı – VİDEO

İngiltərədə bir çox xəstəliyin müalicəsi üçün nəcis kapsulları hazırlanır.

xeberde.az “gloob”a istinadla xəbər verir ki, ingiltərəli həkimlər dondurulmuş nəcisdən hazırlanan kapsulun inkişaf etmiş xərçəngdən tutmuş ölümcül qaraciyər xəstəliklərinə qədər hər şeyin müalicəsində istifadə etməyi düşünür.

Sağlam donorlardan götürülərək qurudulan nəcislər kapsul formasına salınır. Daha sonra bir xəstəyə antibiotikə davamlı bakteriyaların aradan qaldırılması üçün verilir.

Hələlik test mərhələsində olan bu kapsulları 41 nəfər sınaqdan keçirib. 

Sınaqlarda iştirak edən şəxslərin bağırsaqlarında sağlam donor bakteriyaların uğurlu şəkildə koloniyalaşdığı görülüb. 

Dr. Bleir Merrik deyib ki, 20 il əvvəl bütün bakteriyaların və virusların zərərli olduğu düşünlsə də, bunların ümumi sağlamlığımız üçün  gərəkli olduğunun fərqinə vardığımız həqiqi bir dəyişiklik yaşanır. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir