AKTUAL Cəmiyyət

Vətəndaşlara dəyən maddi zərəri kim qarşılamalıdır?

Son günlər yağan intensiv yağışlar bir çox ərazilərdə ciddi fəsadlara səbəb olub. Yağış suları bəzi evlərə dolaraq əşyaları yararsız hala salıb, eyni zamanda insanlar üçün həyati təhlükə yaradıb. Evlər və avtomobillərlə yanaşı, sahibkarlar və obyekt sahibləri də ciddi ziyanla üzləşiblər.

Bəs belə hallarda vətəndaşlara dəyən maddi zərəri kim qarşılamalıdır?

Hüquqşünas Ramil Süleymanov xeberde.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, yağan leysan yağış hər hansı bir səbəbdən qaynaqlanmır.

Onun sözlərinə görə, bu, sırf təbiət hadisəsidir və fövqəladə bir vəziyyət sayılır:

“Lakin qanunvericilikdə bu vəziyyətlə bağlı fövqəladə vəziyyətin tətbiq olunmasına dair hər hansı Prezident sərəncamı və ya yazılı sənəd mövcud deyil.

561316

Qeyd etmək istəyirəm ki, hazırkı halda vətəndaşlar, əgər qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz əmlaklarını sığorta etdirməyiblərsə, yəni bəzi obyektlərin, o cümlədən fərdi yaşayış evlərinin çıxarışları yoxdursa, başqa sözlə, özbaşına tikilidirsə və ya müvafiq qaydada dövlət qurumları tərəfindən qeydiyyata alınmayıbsa, bu kimi nüansları əsas gətirərək onlara vurulmuş zərəri aidiyyəti üzrə tələb etməyə haqlıdırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir