AKTUAL Ölkə

Taksi sürücülərinin boykot kampaniyası ləğv edildi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qaydalarına etiraz olaraq Taksi Sürücüləri Birliyi tərəfindən başladılan boykot kampaniyası ləğv edilib.

xeberde.az xəbər verir ki, bu barədə iqtisadiyyat.az-a Birliyin rəhbəri Elşad Eldarov məlumat verib.

Onun sözlərinə görə, müvafiq qurumdan taksi sürücülərinin tələblərinə baxılacağı bildirilib. Buna görə də, o, kampaniyanın ləğv olunduğunu elan edib və sürücüləri fəaliyyətlərini davam etdirməyə çağırıb.

Qeyd edək ki, taksi sürücülərinin tələbləri avtobus zolağında sərnişin mindirib düşürən zaman qüvvədə olan cərimə tətbiqinin ləğv edilməsi ilə əlaqədardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir