Azərbaycanda 110/35/10 kV-luq GİS (qaz izolyasiyalı paylayıcı qurğu) tipli duzsuzlaşdırma yarımstansiyasının tikintisi və onun enerji sisteminə inteqrasiyası həyata keçiriləcək.
xeberde.az-ın xəbərinə görə, “Azərenerji” QSC layihə ilə bağlı hazırlıqlara başlayıb.
Tikinti işləri “Azconstruction” QSC tərəfindən həyata keçiriləcək. Görüləcək işlərə ümumilikdə 45 mln 964 min 995 manat xərclənməsi nəzərdə tutulur.
Layihə çərçivəsində duzsuzlaşdırma yarımstansiyasının tikintisi ilə bərabər Yaşma YS-da gücləndirmə və genişləndirmə işləri də aparılacaq.




