İsrail rəhbərliyi Birləşmiş Ştatlar ilə birlikdə Qəzza zolağında vəziyyətin tənzimlənməsi üzrə xüsusi mexanizmin yaradılmasını mənasız hesab edir.
xeberde.az xəbər verir ki, bu barədə “Al-Monitor” nəşri diplomatiya mənbələrinə istinadən məlumat yayıb.
İsrailli diplomatlardan birinin sözlərinə görə, ölkə rəhbərliyi HƏMAS tərəfindən gələn təhlükələrə dərhal cavab verməyi və qruplaşmanın mövqelərinə növbəti zərbələr endirməyi zəruri sayır.
O vurğulayıb ki, Vaşinqtonla yaradılacaq bu cür mexanizm İsrailin HƏMAS-ın hərəkətlərinə operativ şəkildə qarşılıq vermək imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq.



