Cəmiyyət

Azərbaycan-Qırğızıstan münasibətləri yeni müstəvidə

             İyulun 30-da Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin Qırğız Respublikasına səfəri iki qardaş dövlət və xalq arasında əlaqələrin inkişafı, münasibətlərin yeni müstəviyə keçməsi baxımından çox önəmlidir. Bu səfərdə imzalanan sənədlər Azərbaycanın bölgədə, xüsusən də türk dövlətlərinin birliyi istiqamətində yürütdüyü fəal siyasətin davamı kimi qəbul oluna bilər.

            Xüsusilə nəqliyyat-tranzit sahəsində də hər iki tərəfin planlaşdırdığı çalışmalar var. Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə başlamaq əmtəə dövriyyəsinin artmasıyla nəticələnəcək məqamdır. Qırğızıstanın Azərbaycan və Gürcüstandan keçərək Qara dənizə çıxışı  böyük əhəmiyyət kəsb edir.

    Qırğız hökumətinin maliyyə dəstəyi ilə Ağdamın Xıdırlı kəndində 528 şagird yerlik Ayköl Manas adına tam orta məktəb tikilib. Sözügedən məktəb Sadır Japarovun təşəbbüsü ilə inşa edilib. 528 şagird yerlik tam orta məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan Respublikasının Prezidenti cəanab  İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qoyulub. 2025-ci ilin iyulunda hər iki ölkənin liderlərinin iştirakı ilə kəndin birinci mərhələsinin və məktəbin rəsmi açılışı olub. 2025-2026-cı tədris ilində məktəb ilk 12 məzununu yola salıb.   

            Səfər zamanı “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Qırğız Respublikasının Çolpon-Ata şəhəri arasında qardaşlaşma əlaqələrinin yaradılması haqqında Anlaşma Memorandumu”nun, “Azərbaycan Respublikasının Qəbələ şəhəri ilə Qırğız Respublikasının Karakol şəhəri arasında qarşılıqlı əməkdaşlıq və qardaşlaşma əlaqələrinin yaradılması haqqında Memorandum”un imzalanması qardaşlıq əlaqələrinin  sistemli xarakter aldığını göstərir.   

           Belə bir nətcəyə gəlirik ki, iki ölkə arasında dövlətlərarası münasibətlər indiyədək görünməmiş dərəcədə fəallaşmışdır. Hazırda bu məntiqli siyasətin davamı münasibətlərin inkişafında yeni və daha güclü təməllərin əsasının qoyulması deməkdir.

                                                                          Xuraman Əliyeva,

                                                                                       Sahibkar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir